Impera

XƏBƏR LENTİ
16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"22:12Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib21:52Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb21:00Ağstafada mikroavtobus aşıb, xəsarət alanlar var20:27Ermənilər arxayındırlar ki, Azərbaycan tərəfi bəyanat verməkdən o tərəfə başqa heç bir real addım atmayacaq18:36Qazıntı işləri 4 kəndi qazsız qoydu17:09“Şəhərdən Kəndə” layihəsi çərçivəsində diplomatik korpus nümayəndələri üçün “Nar vadisi” aqroturu təşkil olunub-FOTOLAR16:43Yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilir16:30Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib16:07Prezident bu icra başçısı ilə bağlı sərəncam verdi15:34Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (392)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Jeanette Elise Hildebrandt: "Ən böyük missiyam Azərbaycanı norveçlilərə layiqincə təqdim etməkdir"

29 İyul 2019, 14:50   


Newscenter.az.29.07.2019.
Bu gün elə əcnəbilər var ki, Azərbaycana dost olmağı özlərinə şərəf bilirlər. Belə insanlar Azərbaycanı kəşf etdikdən sonra səmimi şəkildə öz sevgilərini ifadə edirlər. Necə ki, Norveçdə öz yazıları ilə Top trendə düşən məşhur blogger Jeanette Elise Hildebrandt Azərbaycanı elə ilk dəfə gəlişi ilə kəşf edib. O, Norveçin tanınmış dizayner/fotoqrafı, YNG by Yang şirkətinin rəhbəri Edmond Yangla birlikdə CAN təşkilatının sədri Şervin Nəcəfpurun təşəbbüsü ilə həyata keçirilən "Milli mirasımızın mənşəyini kəşf et" ("Discovering The Land of our Origin") layihəsi çərçivəsində Azərbaycanda səfərdə olub və çəklişlər aparıb. "Azərbaycanın dostları" rubrikasında Jeanette Elise Hildebrandtın ölkəmizlə bağlı düşüncələrini təqdim edirik. Xatırladaq ki, Jeanette Elise Hildebrandt Azərbaycan səfəri haqqında öz bloqunda yazı və fotosessiya ilə çıxış edəcək. Bundan başqa Norveç televiziyalarında yayımlanmaq üçün filmin hazırlanması nəzərdə tutulub.



-Xanım Jeanette, öncə Azərbaycan oxucularına özünüz haqda danışmağınızı istərdik.


-Mənim adım Jeanette Elise Hildebrandtdır. 1994-cü ilin dekabrın 2-sində Norveçin Sarpborg şəhrində anadan olmuşam. Oxford Universitetində Biznes və Menecment üzrə bakalavar təhsili almışam. ABŞ-da 1 il yarım yaşayıb, "Disney" şirkətində Norveçin Mədəniyyət üzrə təmsilçisi kimi işləmişəm. Hazırda Osloda yaşıyıram. Özümün dəb, gözəllik, həyat tərzi, səyahət üzrə bloqum (jealise.blogg.no) var. Çalışıram ki, öz təəssüratlarımı oxucularımla bölüşüm. Özüm gəzməyi, yeni mədəniyyətlərlə tanış olmağı xoşlayıram. Hər gün yeni bir şeylər kəşf edib öyrənməyi çox sevirəm. Çünki insanlar gəzdikcə maariflənir. Və CAN təşkilatının "Milli mirasımızın mənşəyini kəşf et" ("Discovering The Land of our Origin") layihəsinə məhz bunun üçün qoşuldum.


-Azərbaycanla bağlı təəssüratlarınız necədir?

-Azərbaycanla bağlı ilk məlumatı bu ölkədə "Eurovision" musiqi yarışı keçirilən zaman əldə etmişdim. Yəni Azərbaycan, hər gün haqqında eşitdiyim bir ölkə deyil. Mən bu layihəyə qoşulanda və bloqumda bunu yazanda çoxlu neqativ reaksiyalar aldım. İnsanlar çox zaman məlumatları olmadığı mövzulara mənfi yanaşırlar. Bu, məni daha çox həvəsə gətirdi ki, Azərbaycanı kəşf edim və ölkə ilə yaxından tanış olub, öz təəssüratlarımı oxucularımla bölüşüm. Azərbaycan haqqında bir az məlumatım var idi. Dostlardan eşitdiyim, xəbərlərdə gördüyüm və oxuduğum, həmçinin internetdə araşdırmalarım olmuşdu.

Gəlməmişdən əvvəl gözəl və zəngin bir neft ölkəsi kimi tanıdım. Amma mən elə bilirdim ki, burada insanlar bizim kimi rahat yaşamır. Gəldikdən sonra gördüm ki, burada daha çox demokratiya var. Onu da deyim ki, Norveç mətbuatında yazılanlar və Azərbaycanda gördüklərimiz qətiyyən uyğun gəlmir. Ora gəlib həqiqətləri gördükdən sonra, xususi ilə son vaxtlar yazılanlarla heç razı deyiləm. Həyat Azərbaycanda çox gözəldir, hər kəsə qucaq açırsınız. Mən bir cümlə ilə deyim: Azərbaycana vuruldum.


-Azərbaycana gəldikdən sonra bu ölkə haqqında fikirlərinizdə nə kimi dəyişikliklər oldu?

-Azərbaycanda insanların vətənpərvərlik ruhu çox yüksəkdir. Burada yaşayan insanlar və xaricdə yaşayan azərbaycanlılar öz ölkələrinə bağlıdır, vətənpərvərdirlər. Və diasporunuzdan bunu başa düşdüm ki, hər kəs Azərbaycan tarixini və mədəniyyətini qorumaq üçün çox böyük işlər görür, harada yaşamalarına baxmayaraq, Azərbaycanın adını yaşadırlar. Düşündüyümdən daha gözəl, qonaqpərvər bir ölkəniz var, insanlara süfrənizi açırsınız. Azərbaycanda insanlar öz tarixinə və mədəniyyətinə çox dəyər verir. Bizi Azərbaycanda milli musiqi və rəqs ilə qarşıladılar. Mən birinci sizin milli mətbəxtinizə vurulmuşam. Sizdə yeməkləri çox dadlı birşirirlər. Azərbaycana gələndə elə bildim ki, mətbəxt cənnətinə düşmüşəm. Sizin qutabınızı, paxlavanızı öyrənib bişirəcəm. Hətta Norveçə qayıdan kimi birinci gedib türk mağazasından paxlava çörəyi aldım. Arzu edirəm ki, sizin kimi dadlı bişirməyi öyrənim. Məhz sizin yeməklər üçün ən yaxın vaxtda yenə də Azərbaycana gəlmək istəyirəm.

Bunu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı çox şeylər sərf edir ki, tarixi abidələrini qorusun. Sizdə dahi şəxsiyyətlərə böyük hörmətlə yanaşırlar, dövlət qurucuları ilə daima fəxr edirlər. Mən hiss etdim ki, Azərbaycan xalqı müstəqil Azərbaycan Respublikası ilə fəxr edir. Sizin bu böyük sevginizi və hörmətinizi görəndə böyük şərəf hissi duydum. Çünki Azərbayacan xalqı çox böyük əziyyət ilə bu torpaqları qazanıb. Onu da bilirəm ki, ölkənizin 20 faizi hələ də işğal altındadır. Və mən bu hisslərdən sonra başa düşmüşəm ki, sizlər həmrəyliyi dəyərləndirirsiniz, dostluq münasibətlərinə dəyər verirsiniz. Çox səmimi dostluq münasibətlər qurursunuz. Hazırda Azərbaycandakı qarşılaşdığım o isti qonaqpərvərliyi yad edirəm. Yeri gəlmişkən, sizdə çörək bölüşmək müqəddəsdir. Bu gözəl, müqəddəs adəti mənimlə bölüşdüyü üçün Azərbaycan xalqına dərin təşəkkür edirəm.



-Azərbaycanda sizə Tur Heyrdalı xatırladan, yada salan nəsə oldumu?

- Biz Qobustana gedəndə bir anlıq hiss etdim ki, doğulduğum şəhərdəyəm. Hətta elə bildim ki, Norveçdə bir muzey gəzintisinə çıxmışam. Qobustan mənə çox doğma göründü. Bizdə də eyni qayalar var və çox sevindirici haldır ki, aramızda kilometlərlə məsafə olmasına baxmayaraq, bizim Azərbaycanla, əslində uzun illərə dayanan bir bağımız var. Hətta mən Vikinq gəmilərinin çizgilərini görəndə dostlara dedim ki, mənim ata-babalarım bəlkə Nörveçə buradan köçüblər. Çox istiyərəm ki, norveçlilər Qobustana gəlsinlər və mənim keçirdiyim o hissləri yaşasınlar.


-Norveçlə Azərbaycan arasında nə kimi oxşarlıq və fərqlilik hiss etdiniz?

- Norveç ilə oxşarlıq budur ki, Azərbaycanın da çox güclü bir Prezidenti var və onun da məqsədi öz ölkəsini xalqı ilə gücləndirməkdir. Mən Azərbaycanda şahid oldum ki, Prezident xalqın sosial rifahı üçün çalışır. Yəni xalqa böyük fürsətlər yaradılır: təhsil pulsuzdur, ehtiyacı olanlara ev verilir və s. Bu nəticə göstərir ki, Prezidentiniz öz xalqını gücləndirir. Bundan sonra azərbaycanlılar daha güclü bir dövlətə sahib olar.

Digər bir misal çəkim, Şamaxının dağları və təbiəti Norveçə çox oxşayır. Azərbaycan gözəl təbiəti və müasir böyük şəhərlərilə Norveçə bənzəyən bir ölkədir. Bakı avropalıların və xüsusilə norveçlilərin səyahət edə biləcəkləri populyar bir şəhərdir. Hətta Bakının hər guşəsi "İnstagram"da şəkillərlə paylaşmaq üçün uyğun olan kadrlardır. Sizdə zəngin mədəniyyətiniz və tarixinizdən ibarət olan çox gözəl, cəlbedici turistik məkanlar var.

Ən böyük fərqlilik mədəniyyət faktorlarındadır. Məncə, norveçlilər sizlərdən çox şeylər öyrənib. Hətta norveçlilər Azərbaycanı özlərinə nümunə götürməlidir. Azərbaycan xalqı çox vətənpərvər və qürurlu bir millətdir. Sizlər öz mədəniyyətinizi qorumaq üçün səy edirsiniz, ancaq Norveç tarixini unudub müasirləşir. Norveçdə milli mətbəxt yeyilmir, milli geyim ildə 1 və ya 2 dəfə geyilir və Norveç xalq mahnılarını kimsə səsləndirmir. Və mən bir qadın olaraq hiss etdim ki, Azərbaycanda qadınlara xususi diqqət və böyük hörmət var.

Norveçdə isə qadınsan deyə kimsə sənə xüsusi hörmət etmir. Amma bu, o demək deyil ki, qadınlara hörmət unudmalıdır. Məsələn, öz yol çantalarımı götürməyə gücüm çatırdı, amma Azərbaycanda könüllü şəkildə mənə kömək edirdilər ki, yorulmayım. Bu mənim üçün yenilikdir və çox xoşuma gəldi.

Başqa bir fərqlilik budur ki, sizdə dahilərinizin abidələrinə böyük hörmət ilə yanaşılır. İllər əvvəl Azərbaycan tarixində böyük rol oynayan şəxsiyyətləri bu gün belə, anırsınız, unudmursuz və tanıdırsınız. Xatirələrini daima yaşadırsınız, bu məni çox duyğulandırdı. Amma tarix və mədəniyyəti qorumaq məsələsin çıxsaq, ümumi baxanda Azərbaycan və Norveç o qədər də fərqli ölklər deyil. Azərbaycandan ala bildiyim ən böyük dərs isə həmrəylik və bərabərlikdir. Bütün çətinliklərə və fikir çatışmazlıqlarına baxmayaraq, Azərbaycanı qorumaq hər bir azərbaycanlının missiyasıdır. Azərbaycanlıları birləşdirən də məhz budur və bu, təkcə azərbaycanlıları birləşdirmir, eyni zamanda Azərbaycanı sevənləri də birləşdirir.


-Artıq sizə "Azərbaycanın dostu" deyə bilərikmi?

-"Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bu sözləri mənə Şervin öyrətdi və bu, çox xoşuma gəldi. O, mənə sonra izah etdi ki, Azərbaycanın Ulu Öndəri Heydər Əliyev bir çıxışında bu cümləni ifadə etmişdi. Mənim üçün "Azərbaycan dostu" sayılmaq böyük fəxrdir. Özüm də təəccüblənirəm ki, çox qısa müddətdə məndə Azərbaycan sevgisi formalaşdı və buna görə də səbirsizlənirəm ki, sizin ölkəyə bir daha gəlim.


-Azərbaycanla bağlı hər hansı planınız varmı?

-Ümid edirəm ki, Azərbaycan xalqı bizim layihəmizi bəyənər. Biz bu işi sevərək və böyük zövq ilə etmişik. Mən çox istəyirəm ki, norveçlilər Azərbaycanla və eyni zamanda azərbaycanlılar mənim vətənimlə tanış olsun. CAN təşkilatının missiyası Azərbaycan və Norveç arasında güclü dostluq münasibəti yaratmaqdır və mən inanıram ki, bizim bu layihə çox gözəl bir dostluğa yol açacaq. Arzu edirəm ki, yenə sizlər ilə əməkdaşlıq edə bilim, ölkənizə sıx-sıx gəlib tanış olum, fərqli, füsünkar şəhərlərinizə gedib yeni gözəlliklər kəşf edim. Hələ də inana bilmirəm ki Yanardağdaki alov həqiqidir. Bu, mənə möcüzə kimi görünür. Hazırda ən böyük missiyam Azərbaycanı norveçlilərə layiqincə təqdim etməkdir. Fikrimcə, Azərbaycan daha çox tərifə layiq olan bir ölkədir və çalışıram ki, mənim də Azərbaycanın xaricdə tanıtımına qatqım olsun.
OXŞAR MÖVZULAR