Impera

XƏBƏR LENTİ
22:00Fizuli Məmmədov: "Azərbaycan dövləti şəraitdən asılı olmayaraq hər bir hərbiçisinin arxasındadır"09:52Rusiya Azərbaycanlıları İttifaqı Rusiya XİN və Mədəniyyət Nazirliyinə müraciət etdi10:01Diaspor təşkilatları prezidentə müraciət etdi19:28Düşmənin “ox”u kimə yönəlib?18:22Bu ilin 6 ayı ərzində 9801976 heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb18:13Xaçmazda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı tədbir keçirilib18:05Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir17:50Zakir Həsənov Rusiyaya gedib17:38Nazirlikdən XƏBƏRDARLIQ-Güclü külək əsəcək, yağış yağacaq17:20Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir17:09Bu ərazidə rənglənmə işləri aparılacaq16:54Gilbet sindromu nədir?16:39Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək16:31Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır16:23BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar16:09Türkiyədə sərnişin avtobusu yanıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb15:48"Mən Mübariz Qurbanoğlu, onların da gəmilərini əllərindən alacağam"15:25BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb15:00Məmməd Əmin Rəsulzadə adlı gəmi ilk səfərinə başlayır14:41“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:18Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən beşulduzlu otellərə necə çıxardı?14:00Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək13:44Paytaxtda zəncirvari qəza13:25Xızıda vətəndaşların qəbulu keçirilib13:00Bəzi turizm şirkətlərinin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı artır12:50Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb12:16Bakıda lombarda basqın olub12:00Partiya sədri: "Heydər Əliyev haqqında fikir yürütmək Çöhrəqanlının başı üçün deyil"11:40Şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyiilə həll edilib10:45Müdafiə nazirinin müavini bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb10:40İyul ayında BŞTİ-yə 6 119 müraciət daxil olub10:00Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib09:54Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat təşkil edib09:40Paytaxtın 2 rayonunun qaz təchizatı dayandırılacaq09:35Bu rayonlara qaz verilməyəcək09:24Cəbhədə atəşkəsin pozulması halları intensiv xarakter alır09:00BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı08:30Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür15:36Paytaxtın 22 yeni yaşayış massivi qazlaşdırılacaq15:21AKİA dövlət dəstəyi mexanizmini həyata keçirmək üçün Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq14:43Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı14:13Aqrar Xidmlər Agentliyi yaylaqlarda səyyar baytar xidməti göstərir12:46Sabah hava necə olacaq?12:26AQTA-ya qida zəhərlənməsi ilə bağlı 41 müraciət daxil olub12:08Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib11:45“Kaspersky Lab”biznesüçün “Kaspersky Security” xəttinifizikivə virtual mühitüçün universal həllilətamamladı11:32Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib-VİDEO11:04Respublikanın 2 rayonunda qaz təchizatı dayandırılır10:23Məzunlar qızıl və gümüş medala layiq görülüb10:14Xızının Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur10:00Bu ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb09:45Artan müraciətlər necə tənzimlənir?09:28Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:00“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsininə yeni rəis təyin edildi18:02"Nazir İnam Kərimovun fermerlərlə rahat kreslolarda, sərin otaqlarda deyil, əkin sahəsində görüşməsi....."17:52ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi17:12Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib17:00Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək16:55Prezident bu şəxslərə fəxri adlar verdi-SİYAHI16:25Şimal zonasının vətəndaşlarının qəbulu keçirilib16:17Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb16:05Prezident STM əməkdaşlarını “”Cumhuriyyət medalı” ilə təltif etdi15:50AQTA əməkdaşları əkin sahələrində monitorinqlər həyata keçirib15:33Qırğızıstan prezidenti Azərbaycana gələcək15:13“Azəriqaz” işçilərin maaş ala bilmədikləri xəbərini təkzib etdi14:50Qaz təchizatı bərpa olundu14:01Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz13:28Azərbaycanda bu günədək 3161692 ton taxıl yığılıb12:55Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər12:35100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb11:32Paytaxtın bir neçə rayonuna qaz təchizatı dayandırılacaq11:00Azərbaycanda azad medianı inkişaf etdirmək prioritet istiqamətdir10:50“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub10:27Rusiyada 4 azərbaycanlı diri-diri yandı10:00Bir neçə rayonda qaz təchizatı dayandırılıb09:30Düşmən snayperlərdən istifadəni intensivləşdirir09:13Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib09:00Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib08:19Cəbhə bölgəsində yaşayan uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil edilir14:26Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər14:00"3 il ərzində icra başçısı Mehdi Səlimzadəyə iki milyon manat pul vermişəm"13:42Temperatur 40 dərəcəni keçəcək13:17“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir13:00Azərbaycan hərbiçiləri Belarusa gedib12:44Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”12:24İlham Əliyev və Mehriban Əliyevadan paytaxtdakı qəzalı binalarla bağlı tapşırıq12:15Dünyada insan alveri qurbanlarının 72 faizini qadın və qızlar təşkil edir11:51Bu rayon və qəsəbələrə təbii qazın verilməsi dayandırılıb11:33Polis Bakıda əməliyyat keçirdi, silah və narkotik aşkarlandı11:01Əli Həsənov radikal müxalifətə niyə hücüm edir?10:51"Sədərək Yusif' indi də Kür çayını hasarlayır-FOTOLAR10:32Bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək-VIDEO10:18Məktəblilər Beynəlxalq Kimya Olimpiadasından medalla qayıdıb10:00Göyçayda 7.5 km-lik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir09:31Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub18:20“Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub17:46Prezident yol tikintisinə 7,8 milyon manat ayırıb17:33Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb17:14“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib16:54Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlandı
BÜTÜN XƏBƏRLƏR
Ağustos 2019 (55)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)

«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən beşulduzlu otellərə necə çıxardı?

02 Avqust 2019, 14:18   


Newscenter.az.2.08.2019
. Hər bir millətin birliyi, bütövlüyü üçün onun təmsilçilərinin öz milli tarixlərini bilmələri, o tarixə, gələnək və görənəklərinə sayğı duymaları son dərəcə vacibdir. Əbəs yerə deməyiblər ki, öz keçmişini unudan xalqın gələcəyi olmur. Diaspor millətin bir parçasıdır, yalnız o, Vətənin sərhədlərindən kənarda formalaşır. Bu səbəbdən diaspor fəallarının təmsil etdikləri cameənin yarandığı ölkədəki tarixini bilmələrində, ağsaqqallarına sayğı duymalarında, onların işini davam etdirmələrində fayda var.

Tarixi təcrübə göstərir ki, arzu edilən nəticələrə yalnız ardıcıl fəaliyyətlə çatmaq mümkündür. Təsadüfi qələbələr qalıcı ola bilməz, çünki onların özülü olmur. Bu səbəbdən diaspor üçün öz yaranma tarixini öyrənmək qalıcı qələbələr əldə etmək baxımından çox vacibdir. Yalnız bu halda diasipor üzvləri özlərindən öncəki nəsillərin yanlışlıqlarından dərs alaraq doğru qərarlar verə bilərlər. Diasporun tarixini bilmək eyni zamanda milli fəallara icmanın yaxşı ənənələrini, qurumu yaradan şəxslərin müsbət təcrübəsini davam etdirmək imkanı qazandırır.

Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun bugünkü pərakəndə və dağınıq vəziyyətdə olmasının səbəbi həm də odur ki, bəzi diaspor fəalları tarixə biganə yanaşır, diaspor ağsaqqallarının fəaliyyətini geniş araşdırmır. Bu gün Azərbaycan diasporunun başına elə təsadüfi şəxslər keçmək istəyir ki, onların ambisiyaları və şöhrətpərəstlikləri imkanlarını dəfələrlə üstələyir. Belələrinin diaspor strukturlarının yaradılması üçün nə təcrübələri, nə konkret proqramları var, məqsədləri isə sadəcə soydaşları arasında ucuz şöhrət qazanmaqdır. Ona görə də belələrinin yaratdığı diaspor qurumları uzunömürlü olmur və qısa zamanda dağılır. Nəticədə onlar diasporu daha çox parçalayır, soydaşlarımızın əlini ictimai işlərdən soyudurlar.

Hər dəfə təsadüfi insanlar ictimai təşkilatlar yaradanda Azərbaycan diasporundakı mənəvi-psixoloji durum daha da pisləşir. Təxminən 2 milyondan yuxarı üzvü olan Rusiyadakı Azərbaycan diasporunda baş verən prosesləri izlədikcə sadalanları görmək mümkündür. Güney Azərbaycanın indi İranın tərkibində olduğunu nəzərə almasaq, bu, Azərbaycanın dünyadakı ən böyük diasporudur. Hətta qardaş Türkiyədə yaşayan soydaşlarımız da sayca Rusiya yaşayan həmvətənlərimizdən geri qalır. Təəssüf ki, say çoxluğu Rusiyadakı Azərbaycan diasporunun bütövlüyü, soydaşlarımızın yaxşı təşkilatlanması anlamına gəlmir.

Əgər bu gün diasporumuzun, xüsusən Rusiyadakı təşkilatlarımızın durumu ürəkaçan deyilsə, nədən tarixə ekskurs edib ilk diaspor qurumlarımızı kimlərin yaratdığını, kimlərin diaspor işinin uğuru üçün ciddi-cəhdlə çalışdığını, kimlərin uğursuzluqlara səbəb olduğunu dəqiqləşdirməyək? Yaddaşımızı yenidən oyatsaq, qarşılaşa biləcəyimiz bir çox problemdən yan keçmək ehtimalımız çox yüksəkdir.

Rusiya azərbaycanlılarının ilk diaspor qurumunu ünlü iş adamı, xeyriyyəçi, ictimai xadim və siyasətçi Fizuli Məmmədov hələ Sovet İttifaqı dağılmazdan öncə - 1988-ci ildə yaradıb. “Azərbaycan Birliyi” adlanan qurumun məqsədi Rusiyada yaşayan bütün azərbaycanlıları vahid diaspor qurumunda birləşdirmək idi. O zamanlar milli düşüncəyə dayanan qurum yaratmaq çox riskli addım idi. Sovet İttifaqı xüsusi xidmət orqanları belə bir qurumun rəhbərini SSRİ-də qadağan olunan millətçilik düşüncəsi yaymaqda, hətta pantürkizmdə suçlaya bilərdi. Bütün bunlara baxmayaraq, Fizuli Məmmədov o zaman iradə nümayiş etdirərək Azərbaycan diasporunun fəallarını öz ətrafına toplamışdı. Daha sonralar Rusiyada yaşayan, işləyən xeyli soydaşımız Avropa ölkələrinə köçdülər və onlardan bəziləri diaspor qurumları yaratdılar. Həmin dönəmdə Fizuli Məmmədovun da həyatının İtalliya dönəmi başladı. Bu mənada Fizuli Məmmədov həm Rusiyada, həm də Avropada yaranan ilk diaspoq qurumlarının yaradıcısı sayılır.

Onu da vurğulayaq ki, Azərbaycan diasporu yaranan gündən onun ən miqyaslı və təntənəli tədbirinin təşkilatçısı da Fizuli Məmmədov olub. 1999-cu ildə məhz onun təşəbbüsü ilə Moskvanın prestijli məkanlarından olan "Prezident" otelində MDB ölkələri və Baltikyanı respublikalardakı Azərbaycan diaspor təşkilatlarının qurultayı keçirilib. Qurultaya Rusiya Federasiyasında, bütünlükdə MDB ölkələrində və Baltikyanı respublikalarda fəaliyyət göstərən 52 diaspor regioanl ictimai qurumun, eləcə də Azərbaycan Beynəlxalq Vətəndaş Assambliyasının üzvləri qatılıb.

Azərbaycan diasporu ilk dəfə idi ki, Rusiya paytaxtının ən dəbdəbəli, ən seçkin məkanlarından birində - beşulduzlu oteldə tədbir keçirirdi. Yüksək səviyyədə təşkil olunan qurultay təkcə Azərbaycana deyil, onun hüdudlarından kənara da səs salmışdı. Bu, Azərbaycan diasporunun tarixində dönüş nöqtəsi idi. O zaman Dünya Azərbaycanlıları Konqresinin prezidenti Cavad Derəxti Moskva qurultayı ilə bağlı fikirlərini bölüşərkən bildirmişdi ki, Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən çıxarıb beşulduzlu otellərə gətirən şəxsdir.

1999-cu ildə "Prezident" otelində keçirilən qurultayın təşkilatçısı Fizuli Məmmədovun yaratdığı və rəhbərlik etdiyi, həmin illərdə xeyriyyəçiliklə, eləcə də yüksək səviyyəli təşkilati işlərlə məşğul olan “Frenk fondu” idi. Geniş ictimaiyyətin böyük diqqət və marağına səbəb olun qurultayı Azərbaycan mediası da işıqlandırmışdı.

Bu gün də arxivlərdə qurultayla bağlı çoxsaylı foto və videomateriallar qalır. Sözsüz ki, həmin tədbirin önəmini artıran ən vacib məqamlardan biri prezident Heydər Əliyevin 2001-ci ildə Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının I Qulultayının fəxri sədri seçilməsi idi.

Fizuli Məmmədovun rəhbərlik etdiyi “Azərbaycan XXI əsr” Xalq Vətənpərvərlər Birliyi Partiyası da həmin qurultayın təşkilatçıları sırasında idi. Məhz partiya fəaliyyətindəki təcrübə qurultayın uğurlu strukturlaşmasına, dünya azərbaycanlılarının qurultayının keçirilməsi üçün sanballı Təşkilat Komitəsi yaradılmasına təkan verdi.

Qurultayın qəbul etdiyi ən önəmli sənədlərdən biri də Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Memorandum oldu. Həmin sənəddə münaqişənin nizamlanması üçün yaradılan ATƏT-in Minskq Qrupunun fəaliyyətini effektivsizliyindən, dünya birliyinin konflliktə gərəkli diqqər ayırmamasından narahatlıq ifadə olunurdu. Bu, Azərbaycan diasporunun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı qurultay səviyyəsində ilk kollektiv etirazı, dünya birliyinə ilk müraciəti idi.

“Azərbaycan XXI əsr” Xalq Vətənpərvərlər Birliyi Partiyasına gəlincə, bu siyasi təşkilat da Azərbaycan diasporunun dəstəyi ilə yaradılmışdı. Partiyanı çoxları vətənpərvərlərin və diasporun partiyası kimi qəbul edirdi. Rusiyadakı azərbaycan diasporunun təxminən 700 min üzvü ilə yanaşı, Azərbaycanda da 300 minə yaxın insan partiyaya dəstək verirdi.

Tarixə ekskurs edərək bir daha vurğulamaq istəyirik ki, həmin illərdə hələ Avropada Azərbaycan diaspor qurumları yaradılmamışdı. Sözsüz ki, Rusiyada belə böyük Azərbaycan diasporunun əsas yaranma səbəbi dağılmaqda olan Sovetlər Birliyinin iqtisadiyyatının çökməsi və Azərbaycandan çox sayda insanın əməkçi miqrant kimi Rusiyaya köçməsi idi. Avropadakı Azərbaycan diaspor qurumlarının yaranmasının da qlobal iqtisadiyyatla bağları var. Həmin qurumların bir çoxunu 1998-ci il 17 avqustdan başlayan Rusiya iqtisadiyyatının çöküşündən sonra Rusiyadan Avropa ölkələrinə köçən soydaşlarımız yaradıb. O zaman Rusiyadakı bizneslərini qorumaq, eləcə də daha yaxşı güzəran üçün minlərlə soydaşımız iqtisadi cəhətdən dayanıqlı Avropanın bir sıra ölkələrinə, əsasın Almaniyaya, Niderlanda, Lüksemburqa, Skandinaviya ölkələrinə daşındı. Soydaşlarımız həmin dönəmdə Avropaya həm də Fizuli Məmmədovun fəaliyyətindən öyrəndikləri diaspor təcrübəsini aparırdılar.

Azərbaycan diaspor qurumları Avropada bəlli bir gücə çevrilməyə başlayandan sonra onların birləşməsi məsələsi də gündəmə gəldi. Bu məqsədlə 2003-cü ildə Fizuli Məmmədov bütün Azərbaycan diasporlarını bir çətin altında birləşdirən beynəlxalq struktur yaradılması təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs 2005-ci ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyində iki böyük qurumun Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fonudunu yaradılması ilə başa çatdı. Hər iki qurumun təsis toplantısında Fizuli Məmmədov yüksilliklə qurumların sədri seçildi. 15 ilə yaxın uğurlu fəaliyyət göstərən Dünya Azərbaycanlıları İttifaqı artıq dünyanın bir sıra ölkələrində, o sıradan Türkiyədə, İtaliyada, Polşada, Almaniyada, İsveçdə yerli qurumlarını yaratmağa hazırlaşır.

Fizuli Məmmədovun 30 ildən çox davam edən diaspor təcrübəsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan qurumları üçün böyük məktəbdir. Təsadüfi deyil ki, o, Avropaya hər səfərində yalnız rəhbərlik etdiyi qurumlarda deyil, müxtəlif yerli, regional qurumlarda görüşlər keçirir, yerli diapor rəhbərləri və fəallarla təcrübəsini bölüşür. Bu mənada 2017-ci il fevralın 27-də Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən qurultayında Fizuli Məmmədovu qurumun birinci vitse-prezidenti seçilməsini də təsadüfi saymaz olmaz.

Uzun illərdən sonra 2019-cu il aprelin 27-də onun Moskvada keçirdiyi tədbir də tarixə Azərbaycan diasporunun yeni səhifəsi kimi düşəcək. Həmin gün Fizuli Məmmədov 1988-ci ildəki möhtəşəm təntənəni bir daha təkrarlayaraq Azərbaycan diasporunu yenidən Moskvanın ən ünlü məkanlarından olan Prezident Hotelə toplayaraq Rusiya Azərbaycanlıları İttifaqının əsasını qoyan Forum keçirdi. Həmin tədbir, son 20 ildə Azərbaycan diasporu adına keçirilən ən mötəbər tədbir oldu. Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutan toplantıya Rusiya Federasiyasının 89 federasiya subyektindən 56-da fəaliyyət göstərən qurumların təmsilçiləri qatıldı. Rusiyadakı Azərbaycan icmasının tanınına üzvləri ilə bərabər toplantıda 120 nüfuzlu diaspor fəali iştirak edirdi.

Azərbaycan diaspor hərəkatındakı durumu müzakirə edən toplantı iştirakçıları Rusiyada yeni, hər kəsi birləşdirəcək diapor qurumuna ehtiyac olduğunu xüsusi vurğulayaraq Rusiya Azərbaycanlıları İttifaqı adlı yeni qurum yaradılması haqqında qərar qəbul etdilər. Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət fondlarının prezidenti Fizuli Məmmədov Forumda yekdilliklə Rusiya Azərbaycanlıları İttifaqının da prezidenti seçildi. Diapor işində uğurlu fəaliyyətinə görə, forumun bir neçə üzvü bu posta məhz onun namizədliyini irəli sürdü.

Forum iştirakçıları çıxışlarında dəfələrlə bildirdilər ki, bu gün Rusiyada 260-a yaxın diaspor qurumu olmasına baxmayaraq onları bir araya gətirəcək, milli baxış və hədəfləri müəyyən edəcək nüfuzlu qurum yoxdur. Gerçəklik isə onu deyir ki, say çox olsa da 260 qurumun 95 faizi faktiki ölü təşkilatlardır. Say çoxluğu eyni zamanda Azərbaycan diasporundakı parçalanmanın da göstəricisidir. Rusiya Azərbaycanlıları İttifaqının yaranma səbəblərindən biri də bu parçalanmanın qarşısını almaq, soydaşlarımız arasında birliyə nail olmaqdır.

Bu səbəbdən aprelin 27-də keçirilən forumun önəmi daha böyükdür. Xüsusi olaraq vurğulayaq ki, Rusiya Azərbaycanlıları İttifaqının yaranması Azərbaycan diasoprunun çətin günlərinə təsadüf edir. Bəlli olduğu kimi, son illər Rusiyadakı bir sıra Azərbaycan diaspor qurumları daxili intriqaların qurbanı olub, uzun dönəmlərdə azərbaycanlıları təmsil edən nüfuzlu təşkilatlar dərin böhranla üzləşib. Azərbaycanlılarını Milli-Mədəni Muxtariyyəti AzərROS rəhbərlikdə təmsil olunan şəxslərin ambisya meydanına çevrilib, rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyinə görə 2017-ci il amyın 15-də Rusiya Ali Məhkəməsi Rusiya azərbaycanlılarının bir zamanlar ən nüfuzlu qurumu olan Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv edib. Bütün cəhdlərə baxmayaraq, hər iki qurum ətrafında intriqalar, bölücü təşəbbüslər bitmir, ÜAK fəaliyyətini Rusiya Azərbaycanlıları Liqası altında bərpa etməyə çalışsa da buna nail ola bilmir.

Belə bir durumda Rusiyadakı milli fəalların prosesə seyrçi qalmağa, Azərbaycan diaspor qurumlarının daha da parlalanması, dağılması prosesinə müdaxilə etməməyə mənəvi haqları yox idi. Bu gün durum yalnız bir şeyi diqtə edir – qısa zamanda Rusiya azərbaycanlıları milli düşüncəyə dayanan, çoxluğun marağına cavab verən nüfuzlu qurum yaratmalıdır.

Bu gün Rusiyada 2 milyon soydaşımız yaşayır. Məhz diaspor fəaliyyətindəki zəifliyimizə, lobbiçilik fəaliyyətimiz olmadığına görə siyasi, ixtimai fəaliyyət üçün yüksək potensialı olan azərbaycanlılar yaşadıqları ölkənin, ikinci vətənləri olan Rusiyanın idarəetməsində yetərli qədər təmsil oluna bilmirlər. Azərbaycanlılar Rusiyanın aparıcı media quruluşlarında, xüsusən federal telekanallarda görünmür, var olanlar da erməni diasporunun təsirinə düşür. Rusiya Azərbaycanlıları İttifaqı Rusiyadakı soydaşlarımızın nüfuzunun artması üçün bu problemlərin də həlli yollarını düşünür.

Ancaq Fizuli Məmmədovun fəaliyyəti yalnız diaspor işi ilə məhdudlaşmır. O, 30 ildən çoxdur ki, paralel olaraq Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusda, Özbəkistanda, eləcə də bir sıra Avropa ölkələrində xeyriyyəçiliklə məşğuldur.

Dünya Azərbaycanlıları İttifaqının, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun, 2019-cu ilin mayından isə Rusiya Azərbaycanlıları İttifaqının xətti ilə xüsusən şəhid və qazi ailələri üçün, Azərbaycanı beynəlxaq idman yarışlarında təmsil edən idmançıları, xaricdə yaşayıb çətinliklərlə üzləşən soydaşlarımız üçün davamlı xeyriyyə aksiyaları keçirlir.

Son üç ildə Fizuli Məmmədov Qarabağ döyüşlərində vuruşan 18 şəhid və qazi ailəsinə mənzil bağışlayıb, Azəbaycanının ərazi bütövlüyü uğrunda vuruşaraq qazi mərtəbəsinə yüksələn yüzlərlə soydaşımız onun dəstəyi ilə Azərbaycanda, Türkiyədə müalicə və reabilitasiya kursu keçib, xaricdə təhsil alan minlərlə azərbaycanlı tələbəyə maddi dəstək göstərilib.

Onun xeyriyyəçilik fəaliyyəti sözün əsl mənasında çoxşaxəlidir. Bu gün Azərbaycanda çoxları ötən əsrin 90-cı illərində azərbaycanlılar Qarabağdan məcburi köçkün düşərkən mülki şəxslərə, eləcə də aktiv döyüşlərdə iştirak edənlərə etdiyi yardımları unutmayıb. O, davamlı olaraq Azərbaycan Ordusuna maddi yardımlar edir, qaçqınlara dəstək olur, məcburi köçkün ailələrindən olan tələbələrə xüsusi təqaüdlər ayrırdı. Onun fəaliyyətini izlədikcə bir daha əmin olursan ki, Fizuli Məmmədov həssas nöqtələri zərgər dəqiqliyi ilə seçilir, hər zaman ən çox müdafiəyə ehtiyacı olan insanlarımızın yanında olur. Görünür, bu keyfiyyətlər hərbi xidmət zamanı yiyələndiyi snayperliyin onun xarakterinə gətirdiyi yüksək həssaslıq və hədəfi dəqiq müəyyən etmək özəlliyindən irəli gəlir. Fizuli Məmmədov sözün əsl mənasında bütün məqsədlərinə səbrlə, təmkinlə, sarsılmaz iradə ilə çatır.

Fizuli Məmmədovun keçdiyi yol haqqında ən aydın təsəvvürü həm də onun layiq görüldüyü mükafatlar yaradır. Onun 1990-cı ildə yaratdığı və bu gün də rəhbərlik etdiyi “İnter Sever” Şirkətlər Qrupu sahibkarlığın inkişafında və xeyriyyəçilik fəaliyyətində xidmətlərinə görə “Slava Rosii” (Yaşasın Rusiya) və I Pyotr ordenlərinə layiq görülüb.

2002-ci ilin iyununda Rusiya Federasiyası Əmək və Müharibə Veteranları Xeyriyyə Fondu Fizuli Məmmədovu xeyriyyəçilikdə xüsusi xidmətlərinin qarşılığında “Xeyirxahlıq və səxavətə görə” medalı ilə təltif edir.

Fizuli Məmmədov 2002-ci ildən 3 dəfə I, II, III dərəcəli Böyük Pyotr Ordeninin kavaleri olub. Elm və təhsil sahələrinə böyük xidmətləri qarşılığında isə o, Lomanosov Ordeninə də layiq görülüb. 2003-cü ildə o, “Moskvanın 850 illiyi” xartirə medalı ilə mükafatlandırlıb.

Fizuli Məmmədov 2004-cü ildən “Rusiya Xeyriyyəçisi” Ordeninin də sahibidir. 2005-ci ildə Böyük Vətən Müharibəsində qələbənin 60 illiyinin qeyd edilməsində təşkilatçılığına görə, ona “Velikaya Pobeda” (“Böyük qələbə”) ordeni təqdim olunub. Onun mükafatları sırasında Sovet Qoşunlarının “ADR-dən çıxarılmasının 15 illiyi” münasibətilə, ”Hərbi əməliyyatlar veteranı” medalları da var.

Qarabağ müharibəsində şəhid və qazi olanların ailələrinə dəstəyinə görə, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Fizuli Məmmədovu 2018-ci ildə “Vətən naminə”, 2019-cu illərdə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalları ilə mükafatlandırıb.

Sadaladıqlarımız Fizuli Məmmədovun 30 ildən yuxarı davam edən fəaliyyətində layiq görüldüyü mükafatların bəlkə də yarısı deyil. Heç bir mübaliğəyə yol vermədən demək olar ki, Fizuli Məmmədov günümüzün canlı əfsanəsidir. O, şəhid və qazi ailələrindən, ağır xəstələrdən, tələbələrdən, çətin duruma düşən soydaşlarımızdan yardımını heç zaman əsirgəməyən geniş ürəkli insan, ürəyi hər zaman Azərbaycan eşqi ilə yanan böyük azərbaycanlıdır.

Azər Muradbəyli,
Bakı-Moskva-Bakı
OXŞAR MÖVZULAR