Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib



Newscenter.az.16.09.2019
. Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin Rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin Rabitə Administrasiyası Başçıları Şurasının 55-ci və İnformasiyalaşdırma üzrə MDB-nin Koordinasiya Şurasının 25-ci birgə iclası keçirilir.

Newscenter.az xəbər verir ki, Azərbaycan tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Sözügedən toplantıda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə il ərzindəki fəaliyyəti müzakirə olunur.

Eyni zamanda, səfər çərçivəsində nazir Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə Rusiya, Özbəkistan və Qazaxıstanın sahə nazirləri və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao ilə ikitərəfli görüşləri olub.

Zaur
Xəbəri paylaş