Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil naziri Qubada məktəb açılışında iştirak edib


Newscenter.az.16.09.2019. Sentyabrın 16-da təhsil naziri Ceyhun Bayramov Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi və yerli sakinlər də iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov tədris ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə iştirakçıları təbrik edib. Təhsil infrastrukturunun, təlim şəraitinin yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğıdan danışan Ceyhun Bayramov bu il ərzində Azərbaycanın müxtəlif bölgələrində 84 məktəb binasının inşasının planlaşdırıldığını, onlardan 43-nün bu gün istifadəyə verildiyini, digər 41 məktəbin isə ilin sonunadək təhvil verilməsinin nəzərdə tutulduğunu bildirib.

Təhsil naziri çıxışının sonunda məktəbliləri onlar üçün yaradılan şəaritdən maksimum faydalanmağa, layiqli vətəndaş olmağa çağıraraq bir daha onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.

Nazir Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitilə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

R.Mehdiyeva
Xəbəri paylaş