Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ərazilərə qaz məhdudiyyətlə veriləcək



Newscenter.az.25.09.2019. Sentyabrın 25-də səhər saat 09:00-dan etibarən Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb. Bildirilib ki, qaz verilməsinə qoyulan məhdudiyyət “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə aparılan bir sıra təmir işləri ilə bağlıdır.

Zaur
Xəbəri paylaş