Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik etdi



İlham Əliyev: "Sən Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın"

Newscenter.az.4.10.2019.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şahmatçı Teymur Rəcəbovu Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Newscenter.az həmin təbriki təqdim edir:

Əziz Teymur,

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2019-cu il.
Xəbəri paylaş