Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Şurasına sədrlik Gürcüstana keçib



Newscenter.az.27.11.2019. Gürcüstan Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan sədrliyi Fransadan təhvil alıb.

Strasburqda Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə simvolik açarı təqdim edib.

D.Zalkaliani AŞ-nin Nazirlər Komitəsində çıxış edərək Gürcüstanın təşkilata sədrliyi dövründə prioritetlərini açıqlayıb.

Qonşu ölkə sədrlik üçün dörd əsas prioritet müəyyən edib. Bunlara insan haqları və ətraf mühitin mühafizəsi, qərar qəbuletmədə vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi daxildir.

Qeyd edək ki, Gürcüstan ilk dəfədir beynəlxalq təşkilata sədrlik edəcək. Sədrlik müddəti 6 ay - 2020-ci ilin mayın 15-dək davam edəcək.
Xəbəri paylaş