Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 231 fərdi yaşayış evinə qaz verilib



Newscenter.az.28.11.2019. Zərdab rayonunun Bəyimli qəsəbəsinin və Mingəçevir şəhərinin Borçalı yaşayış massivinin qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, Bəyimli qəsəbəsində yerləşən 105, Borçalı yaşayış massivində isə 126 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub. Ümumilikdə, qazlaşdırma işləri üçün Bəyimli qəsəbəsində 21 281 metr, Borçalı yaşayış massivində isə 12 066 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Zaur
Xəbəri paylaş