Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsi illik hesabatını verib



Newscenter.az.29.11.2019. İnsan resursları İdarəsi və Cəmiyyətin tərkibindəki müxtəlif müəssisələrin İnsan resursları üzrə struktur bölmələrinin əməkdaşlarının birgə iştirakı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də İnsan resurslarının idarə edilməsi üzrə 2019-cu ilin yekunlarına dair hesabat tədbiri keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, Cəmiyyətin sədri Cavid Qurbanov giriş nitqində dəmir yollarının keçdiyi inkişaf yolunun mühüm məqamlarına diqqət çəkib. Son illər bu sahədə aparılan yenidənqurma işləri, əldə olunan nailiyyətlər, dəmir yollarına dövlət qayğısından söz açıb. O, qarşıda duran perspektivlər, həyata keçiriləcək irimiqyaslı layihələr barədə də məlumat verib. Sədr dəmir yolları sahəsində əldə edilən uğurlardan danışarkən aparılan kadr islahatları məsələsinə də toxunub. Bu istiqamətdə İnsan resursları idarəsinin gördüyü işləri dəyərləndirib.

Cavid Qurbanov qeyd edib ki, işə qəbul prosedurunun müsahibə və test mərhələsi gənc mütəxəssislərin düzgün seçiminə imkan yaradır. Gənc kadrlar idarənin müxtəlif şöbələrinə istiqamətləndirilir. Onlar burada əldə etdikləri praktiki və nəzəri bilikləri artırmaqla yanaşı, dəmir yollarının inkişafına töhfə verirlər. İdarədə çalışan peşəkar dəmiryolçular təcrübələrini gənclərlə bölüşür, eyni zamanda onlara innovativ ideyalarının reallaşdırılması işində yaxından dəstək göstərirlər. Hesabat konfransında peşəsində fərqlənmiş işçilər mükafatlandırılıb. Tədbirdə müxtəlif şöbələrdə son bir ildə görülən işlər haqqında hesabatlar və qarşıda duran vəzifələr barədə təqdimatlar da olub.

Anar
Xəbəri paylaş