Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“ASAN xidmət”in fəaliyyəti Ukrayna televiziyasında



Newscenter.az.4.12.2019. Ukraynanın "iCTV" telekanalının muxbiri Nataliya Jukovskaya va operatoru Mikola Zotsenko Azarbaycan haqqında silsilə reportajlar hazırlamaq məqsədilə ölkəmizə səfər ediblər.

Newscenter.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, çəkiliş qrupu “ASAN xidmət” mərkəzlərinin fəaliyyətiilə də tanış olub, xüsusi reportaj hazırlayıb.

Reportajda “ASAN xidmət” mərkəzlərində operativ və şəffaflıq prinsipləri əsasında 320-dən çox xidmət göstərildiyi vurğulanıb. Korrupsiya ilə mübarizə məqsədiilə yaradılmış mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq əmsalının 98-100 % arasında dəyişməsi və digər vacib məlumatlar tamaşaçılarla bölüşülüb.
Xəbəri paylaş