Impera

XƏBƏR LENTİ
14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir14:00“Kaspersky” dünya üzrə hotellərdən fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb13:40Sabah hava yağmursuz olacaq13:08“Biz bunu bacararıq” adlı maarifləndirici tədbir keçirilib12:58Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib12:45Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər12:30Aqrar xidmətlərin elektronlaşdırılması bu xidmətləri fermerlər üçün daha əlçatan edir12:10Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib11:50Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirəcək11:38Məktəb direktorları üçün seminar-treninq keçirilib11:12Yevlaxda Nəsiminin 650 illik yubileyi münasibətilə agacəkmə aksiyası keçirilib10:50Dünya Bankının nümayəndə heyəti ilə müzakirələr aparılıb10:30Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb10:15Müdafiə naziri Qətərin yeni təyin olunmuş səfiri ilə görüşüb09:50Daha bir marşrut xəttinin hərəkət trayektoriyası sakinlərin müraciəti əsasında dəyişdirildi09:31Atəşkəs rejimi 23 dəfə pozulub09:00M5 magistralının Xaldan-Şəki hissəsi və Şəki şəhərinin giriş yolu yenidən qurulur21:48İqbal Məmmədovla bağlı daha bir qalmaqal-Ölmüş quş və yararsız yumurtalar-ŞOK20:41Daxili orqanında 142 ədəd metadon həbləri aşkar edildi19:36Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb19:19Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub19:06Nazir Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb18:58Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib18:55Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir18:21Prezident İlham Əliyev Şamaxıda səfərdədir18:15Bu küçədə hərəkət məhdudlaşdırılır18:09Antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarlandı.16:45Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb16:30Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib16:17Şəmkirdə 342 fərdi yaşayış evinə qaz verilib16:00"Azəriqaz" rəhbərliyi cəbhə zonasında vətəndaşları qəbul edib15:43“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb15:10Su Təsərrüfatı işçiləri 1500-dən çox ağac əkiblər14:57BMU könüllüləri mükafatlandırılıb14:28“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib14:16“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir14:05Gənc Sahibkarlar Forumu keçiriləcək13:50Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib13:42Paytaxt məktəbinin müəllimi dünya çempionu olub13:17Sabahın hava proqnozu açıqlanıb13:00İşağlçı ölkə üçün gələn il limitin bitməsidir12:43Bu müntəzəm marşrut xətləri müsabiqəyə çıxarıldı12:22Daha üç rayonda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirici tədbirlər keçirilib12:08Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də11:46Müsabiqənin finalçıları bəlli olub11:30Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib10:57İstilik energetikası mühəndisliyi üzrə 13-cü beynəlxalq konfrans keçiriləcək10:45Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulub10:20Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO10:14Düşmən mövqelərimizi iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutub10:0546 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib09:00Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib - VİDEO19:16“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi - 90 SJ 100 -19:00Hərbi qulluqçumuz hospitala təxliyə edilərkən yolda keçinib18:47“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib18:18Paytaxtda "Azəriqaz" adından dələduzluq edilir17:54Azərbaycanda ilk dəfə iki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb17:27Nazir Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib17:18Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib16:50Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib16:37Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib16:29Məktəblilərə süd paylanılmasına başlanılıb16:17Müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb16:07Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub16:00Bakutel-2019 sərgisində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunu
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (190)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib

04 Dekabr 2019, 16:50   


Azərbaycan Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış edib


Newscenter.az.4.12.2019. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, ECO-nun Baş Katibinin müavini Sayed Yahya Akhlaqi, ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri - Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya naziri Erkinbek Çoduyev, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, Tacikistanın Kənd Təsərrüfatı naziri Sattori Izzatullo, Qazaxıstanın Kənd Təsərrüfatı nazirinin müavini Nurbek Dairmekov, Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı və Meşə Komissiyasının sədri, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri, aqrar sahə üzrə ekspertlər iştirak edir.

İclası giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Azərbaycan bölgədə sürətlə inkişaf edən iqtisadiyyata sahib olan bir ölkədir. Son 15 il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçilməsi bunu bir daha sübut edir. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatların, o cümlədən göstərilən yüksək dövlət qayğısının nəticəsi olaraq kənd təsərrüfatı sahəsində istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Təkcə bu ilin doqquz ayında aqrar sektorda artım yeddi faizdən çox olub. Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.

İqtisadi Əməkdaşlıq Təşkilatının regional əməkdaşlıq və həmrəyliyin vacib platformalarından biri olduğunu deyən nazir İnam Kərimov əlavə edib ki, üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Regional əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdıran İnam Kərimov ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin (ECO-RARiN) yaradılması ilə bağlı təşəbbüslə çıxış edib: “Mərkəzin faəliyyəti ilə bağlı sənəd layihəsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq yerli dövlət qurumları və üzv ölkələrlə razılaşdırılıb. Mərkəzin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və ya mərkəzlər sıx əməkdaşlıq edəcək”.

Tədbirdə çıxış edən ECO-nun Baş Katibinin müavini Sayed Yahya Akhlaqi təşkilatın fəaliyyət planı, icra olunan layihələr və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, ECO-ya üzv ölkələri kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan tam istifadə etməyə çağırıb.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclasının sədri seçilib və tədbirin gündəliyi təsdiqlənib.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iqlim dəyişiklikləri və qida təhlükəsizliyi istiqamətində regional əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

Tədbirdə üzv ölkələrin kənd təsərrüfatı nazirləri, ECO-nun ixtisaslaşmış agentlikləri - regional təsisatlarının rəhbərləri çıxış edərək təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunublar. İclasda ECO ölkələri arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, təşkilatın və onun ixtisaslaşmış orqanlarının həyata keçirdiyi regional layihələr, üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclasının sonunda ECO regionunda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi və iclasın hesabatı qəbul edilib. Bakı Bəyannaməsində üzv ölkələr arasında kənd təsərrüfatı və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması və digər məsələlər öz əksini tapıb.

Orxan
OXŞAR MÖVZULAR