Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Bankının nümayəndə heyəti ilə müzakirələr aparılıb



Newscenter.az.6.12.2019. “Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Newscenter.az-a Səhmdar Cəmiyyətin mətbuat katibliyindən bildirilib ki, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər barədə məlumat verib. Son dövrlər dəmir yollarında aparılan islahatlar, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında danışılıb.

Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı ilə bağlı müzakirələr olub. “Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə sisteminin gücləndirilməsi və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi də iştirak edib.

Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətlərdə iqtisadi proqramlarının həyata keçirilməsinə maliyyə dəstəyi verir.

Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Anar
Xəbəri paylaş