Impera

XƏBƏR LENTİ
14:42“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.11:12Ermənilər indi də kətəni erməniləşdirirlər10:48Heydər Əliyev Fondu vaxtaşırı köməyə ehtiyacı olan ölkə vətəndaşlarının müalicəsinə kömək edir10:21Kasiim Soleimani sindromu10:00Dünya İranın cavab aksiyasına hazırlaşır09:21AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə müraciət09:00Vaşinqtonun siyasəti effekt verməyəcək08:08Azərbaycanın Rusiyadakı səfirliyində nə baş verir? - ŞOK VİDEO15:50Bakının 17 qəsəbəsinin daxili yolları təmir edilir15:202020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib15:14Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO14:52Bibiheybət yolu sabah açılacaq14:24Paytaxt məktəblilərindən fərqli təşəbbüs-VIDEO13:51Son bir həftədə 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan 4-ü ölüb13:10Bayram günlərinin hava proqnozu açıqlanıb12:31Prezident Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış oldu11:42Azərbaycan sərhədini pozan Pakistan və Əlcəzair vətəndaşları saxlanılıb11:02Üç müsabiqə üzrə qaliblər mükafatlandırılıb10:24Azərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir10:00TƏBİB-ə yeni mətbuat katibi təyin edildi09:45Bayram günləri marşrut avtobusları saat 1-dək fəaliyyət göstərəcək09:32Atəşkəs rejimi 22 dəfə pozulub09:00Dövlət Komitəsi Füzulidən olan məcburi köçkünün müraciətinə reaksiya verdi14:26"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd edib14:00ASAN Xidmətdə 26 dövlət qulluqçusu and içdi13:45“Türkiyənin bu addımı böyük gərginlik yaradacaq” – Rus general13:30Azərbaycanın hərbi aviasiya parkı işğalçı ölkə üzərində əzici qüvvəyə malikdir13:00Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdi12:45“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsəndə sakinlərlə görüşüb12:30288 nəfər təhsil işçisi təltif edilib12:00Rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır11:45“Kaspersky” şirkəti azərbaycanlı təqaüdçüləri və onların doğmalarını ayıq-sayıq olmağa çağırır11:30BMU tələbələrindən maraqlı layihə11:00Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Dünya Azərbaycanlılarını Yeni İl münasibətilə təbrik etdi10:45BNA yol nişanları ilə bağlı ittihamlara aydınlıq gətirdi10:30Respublikanın şimal bölgəsində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib10:00Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar bayram günləri işləməyəcək09:45Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib09:30Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq09:00İki yeni marşrut xətti təşkil edilib08:45Voleybolçu qızlarımız Türkiyəyə yola düşüb08:30AQTA-dan spirtli içkilərlə bağlı xəbərdarlıq19:00Nazir müavini: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 430 mindən artıq fermer qeydiyyatdan keçib”18:30AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib18:11Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb17:45Büdcə sistemi ilə bağlı tələbələrlə görüş keçirilib17:41Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb17:19Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib17:10Bakı məktəbliləri “Olimpiya Hərəkatı - 2019” proqramında çıxış edib17:00Bakı metropoliteninin müasir tipli qatarlarını "Metrovaqonmaş-Servis" təmir edəcək16:50Energetika naziri vətəndaşları qəbul edib16:40“Azərsu ” Bakıda yeni layihəyə başlayır16:32Xəzər rayonunda 471 fərdi yaşayış evinə təbii qaz verilib16:27Prezident İlham Əliyev Rusiya Federasiyasında səfərdədir15:38BMU-da müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar və ilk təqdimat15:23Rövşən Rzayev məcburi köçkünləri qəbul edib15:07Agentlik rəhbərliyi vətəndaşları qəbul edib15:03Qərb bölgəsində heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili müzakirə olunub14:24Sabah hava yağmursuz keçəcək14:06Kaspersky” texnoloji mövzulara həsr olunan ilk qısametrajlı film festivalı keçirəcək13:50Vətəndaşlar qəbul edilib12:08Bu il BNA-ya 9084 vətəndaş müraciəti daxil olub11:56“Sofra” restoranının fəaliyyəti məhdudlaşdırıldı11:45Prezident korrupsiyaya yol verən icra başçısını vəzifədən azad edib11:37İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən “CTF 2019” müsabiqəsinin qalibləri müəyyən edilib11:21Ərəb ölkələrinin səfirləri Bakı Avrasiya Universitetində olub10:51AQTA ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçıları prosesdə fəal iştiraka çağırdı10:33Təhsil işçiləri təltif edilib09:22Atəşkəs rejimi 20 dəfə pozulub16:17Beynəlxalq Miqrasiya Gününü qeyd edilib16:07Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun15:35Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən VII ECO Regional Toxum Ticarəti Konqresində iştirak edib15:19Paytaxtın ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur14:54YAP-da nə baş verir?14:38Orta məktəblər voleybol idman növü üçün lazım olan avadanlıqlarla təmin olunacaq14:08Prezident müşavirə keçirdi13:49Narkotik vasitəni avtomobilin mühərrikxanasında gizlətdi-VİDEO13:39YAP-ın rayon təşkilatının sədri HƏBS OLUNDU13:14Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib12:59“ASAN xidmət”ə 35 milyonuncu müraciət12:31Azərbaycanda icra başçısı HƏBS OLUNDU11:48Keşlə qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək11:00“Azəriqaz” ilin şirkəti seçildi10:52Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında QƏRARI – İZAH10:1711 ay ərzində 267 km uzunluğunda qəsəbədaxili küçə və yol təmir edilib09:39Düşmən 21 dəfə atəşkəsi pozub08:00Paytaxtda sürət həddi endirildi07:02Nümayəndələr Palatası Donald Trampın impiçmentinə səs verib17:38Beynəlxalq idman yarışlarında qazanılan nailiyyətlər17:13“Carlsberg Azerbaijan” və Azərbaycan Dövlət İqtisad Universiteti vergi siyasətinə dair dəyirmi masa keçirdilər16:48“Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışması16:23BMU-da Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri15:36Azərbaycanda aqroekoturizm inkişaf etdirilir15:21“Dövlət idarəçiliyində böyük həcmli məlumatlar (Big Data)” mövzusunda seminar keçirilib15:04Pambıq qəbulu məntəqələrinə bu günədək 295 min tonadək məhsul təhvil verilib14:34AQTA qida məhsullarının idxal prosesi ilə bağlı videoçarx hazırlayıb-VİDEO13:49LG Electronics OLED televizor istehsalında dünya lideridir13:38Azərbaycan hökuməti və BMT-nin yeni proqramı başlayıb13:24Azərbaycanlı şagird dünya olimpiadasının üçüncüsü oldu13:10AAYDA-nın fəhləsi dünya çempionatında birinci oldu
BÜTÜN XƏBƏRLƏR
Ocak 2020 (8)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)

«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

İçimizdəki və cəmiyyətdəki “Xərçəng hüceyrələri”

09 Dekabr 2019, 23:19   


Newscenter.az.9.12.2019. Kainatda və bəşəriyyətdə Uca Yaradan tərəfindən xəlq edilmiş bütün canlı aləm və cansız cismlər bir qanunauyğunluq üzərindən müəyyən olunmuş nizam üzrə hərəkətdədir. Makro dünyadan mikro dünyaya qədər qalaktikalar, planetlər, atomlar, nüvə və ionlar vahid bir sistem şəklində dövr etməkdədir.

İblisin Yaradana qarşı təkəbbürlük edərək etiraz edib itaətdən çıxması, daha sonra Həvva və Adəmi itaətdən çıxardaraq onlardan yaranan nəsillərin böyük əksəriyyətini yalan vədlər ilə özünə ram edərək yoldan azdırması böyük itaətsizliyin başlanğıcı oldu. Min illər boyu cəmiyyətlərdəki kütlələrin narazılıqları iğtişaşlar, üsyanlar və etiraz dalğaları ilə birilərinin (tabe olanların) digərlərinə (idarə edənlərə) itaətsizliyi ilə nəticələnən inqlablar, çevrilişlər və rejim dəyişikliyi ilə yadda qalıb.

Tibbdən də məlum olduğu kimi insan bədənində bütün hüceyrələr mərkəzi sinir sisteminə tabe olaraq vahid mərkəzdən idarə olunaraq orqanizmi öz funksionallığı üzrə yaşadır. Bəzən isə müxtəlif səbəblərdən mərkəzi sinir sisteminə tabe olmayan hüceyrələr orqanizimdə özü kimi mərkəzə tabe olmayan hüceyrələri ətrafına toplayaraq özünə tabe edir və mərkəz ilə əlaqəni kəsir. Bu kimi hüceyrələr əsasən mərkəzə tabe olmayan “asi” hüceyrələrin çox olduğu orqan ətrafında toplaşmağa başlayırlar. Buna adətən “Xərçəng” xəstəliyi də deyilir. İlk instansiyada bu hüceyrələrə qarşı profilaktik müalicələr, daha sonra “Kimyaterapiya” və “Şüa” proseduru həyata keçirilir ki, həmin xərçəng hüceyrələri digər orqanlara da yayılıb onları ələ keçirdərək sıradan çıxartmasın. Bu son prosedur zamanı isə xərçəng hüceyrələri ilə yanaşı orqanizimdəki sağlam hüceyrələr də ölür. Necə deyərlər “Qurunun oduna yaş da yanır”. Bu isə artıq xəstənin xarici görünüşdə bir sıra xoşagəlməz hallar, dərinin rənginin nisbətən dəyişməsi, kiprik, qaş və saçın tökülməsi ilə müşahidə olunur. Müalicə üsulları fayda vermədikdə cərrah müdaxiləsi qaçılmaz olur ki, bu zaman həmin sıradan çıxmış orqan, bəzən isə onun ətrafındakı digər orqanlar da əməliyyat olunaraq çıxardılır. Bu mübarizə üsulları bir fayda vermədikdə həmin xərçəng hüceyrələri ilk olaraq toplaşdıqları orqanı, daha sonra isə bütün orqanizmi məhv edir və təbii ki, özləri də nəticə etibarı ilə məhv olur.

İnsan orqanizmində baş verən bu hallar eynən dünyamızda və cəmiyyətlərdəki bəzi hallara çox bənzəyir. Yaşadığımız cəmiyyətin bir sıra sahələrində, məişətdaxili, iş mühitində, ictimai-siyasi mühitdə sosial təbəqəsindən asılı olmayaraq narazı fərdlər olan “xərçəng hüceyrələri” özü kimi narazı və asiliyə meyilli “xərçəng hüceyrələri” öz ətraflarına toplayaraq rəhbərə itaətsizlik və asilik göstərməyə başlayırlar. Bu təbəqədən olan “xərçəng hüceyrələri”nin bir növ xislətlərində narazılıq və itaətsizlik olur ki, bir qədər dərin nəzər salsaq bunları onların genefonunda, şəxsi həyatlarında da müşahidə etmək mümkündür.

Bu səbəbdən də içimizdəki “Xərçəng” xəstəliyi ilə mübarizəyə tətbiq olunan müalicə üsulu və posedurunu cəmiyyətimizdəki “Xərçəng hüceyrələri”nə də tətbiq etmək lazımdır. Əks halda fitrətində narazılıq, asilik, itaətsizlik və qisasçılıq olan bu fərdlər-“xərçəng hüceyrələri” bir gün sizin də rəhbərlik etdiyiniz kollektivdə, komandada, yaşadığınız mühitdə özlərini göstərəcək. Təcrübəmə söykənərək deyə bilərəm ki, istər özəl sektorda, istərsə də dövlət qurumlarında işə qəbul edilən və məsul vəzifələrdə görəv alan şəxsləri müəyyən psixoloji testdən keçirmək lazımdır. Bu ona görə lazımdır ki, bu gün özəl sektorda fəaliyyət göstərib, şirkətdən çıxdıqdan sonra çalşdığı qurumu və rəhbərliyi şantaj edən, hakimiyyətdə olduğu müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək əli korrupsiyaya qurşanmış məmurları tutduqları vəzifədən uzaqlaşdırdıqdan sonra əks tərəfə keçərək hakimiyyəti ittiham edən “xərçəng hüceyrələri”ndən maksimum qoruna bilək.
Bir qədər fikir versək görərik ki, vaxtı ilə dövlət qurumlarında ölkə başçısı tərəfindən etimad göstərilərərk məsul vəzifə tutan bir sıra məmurlar görəvdən alındıqdan sonra ya açıq şəkildə əks tərəfə keçərək uzun illər fəaliyyət göstərdiyi sahəni və ya təmsil etdiyi iqtidarı ittiham edib, ya da bu narazılığı içində gizlədərk müxalif qüvvələrə altdan dəstək verib. Onu da müşahidə etmək çətin deyil ki, hazırda görəvdə və məsul vəzifələrdə olub, “xərçəng hüceyrəsi” funksiyasını həyata keçirən məmurlar da az deyil. Yetər ki, bir balaca “ayağını” tapdala və ya verdiyini əlindən al.

Ölkə başçısı cənab İlham Əliyevin də xüsusən son dövr həyəta keçirdiyi kadr islahatları görəvə vətəninə, millətinə və dövlətinə sadiq kadrların işə alınmasına hesablanıb. Müasir, müstəqil və güclü Azərbaycanı hələ də kiril əlifbası ilə yazan, tutduğu məsul dövlət postunda azərbaycanca danışa bilməyib tərcüməçilərdən istifadə edən, milli mənsubiyyətinə, dininə və dilinə hörmət etməyən köhnə təfəkkürlü məmurlardan təmizləməyin vaxtıdır. Bu səbədən də yerli və mərkəzi İcra Hakimiyyəti orqanlarına, Parlamentə və digər məsul strukturlara təyin olunan və ya seçilən kadrların “xərçəng hüceyrəsi” “rentgen”indən keçirilməsi mütləqdir.

İlham Məmmədzadə
OXŞAR MÖVZULAR