14 787 müəllim ixtisasartırma təlimlərində iştirak edib
Tarix: 10-12-2019, 13:16
Newscenter.az.10.12.2019. Car il ərzində 14 787 nəfər müəllim 11 proqram üzrə ixtisasartırma təlimlərində iştirak edib.
Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, hazırda 7 min müəllim üçün “Uşaq psixologiyasının əsasları” və “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda keçirilən təlimlər davam edir.
2019-2020-ci tədris ilinin sonunadək daha 26 min müəllimin ixtisasartırma proqramına cəlb olunması nəzərdə tutulur.
R.Mehdiyeva