Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nümayəndələr Palatası Donald Trampın impiçmentinə səs verib



Newscenter.az.19.12.2019. ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın "səlahiyyətlərin aşılması" maddəsi üzrə impiçmentinə səs verib

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, nəticələr partiya əlaməti üzrə bölünüb — palatanın demokratlardan ibarət üzvləri impiçmentin lehinə səs verib. Respublikaçılar buna qarşı çıxıblar.

Nümayəndələr Palatasında səsvermədən sonra sənəd Trampın üzərində məhkəmə prosesini keçirməli olan Senata göndəriləcək. Prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün senatorların səslərinin üçdə ikisi lazım olacaq. Senatda Respublikaçıların əksəriyyəti Trampın impiçmentinə qarşıdır.

Demokratlar bildirirlər ki, prezident Tramp Ukraynanın dövlət başçısı Vladimir Zelenskidən rəqibi Co Baydenə qarşı araşdırma formasında siyasi xidmət tələb edərək, Konqres tərəfindən bəyənilmiş Ukraynaya hərbi yardımın edilməsini yubadıb. Tramp isə öz növbəsində bildirir ki, o, yalnız Ukrayna hakimiyyətindən korrupsiyaya qarşı mübarizə aparılmasını tələb edib.
Xəbəri paylaş