Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il 103703.4 ton və 99382 ədəd məhsul müxtəlif üsul və vasitələrlə zərərsizləşdirilib



Newscenter.az.13.02.2020. 2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri həyata keçirilib. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli verib.
Bildirib ki, həyata keçirilən tədbirlər zamanı ümumilikdə 103703.4 ton və 99382 ədəd məhsul müxtəlif üsul və vasitələrlə zərərsizləşdirilib, 629.3 ton, 9734.9 litr və 152 ədəd məhsul məhv edilib, 33273 ton məhsul isə utilizasiya edilib.
Xəbəri paylaş