Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş keçirilib
Tarix: 15-02-2020, 20:35
Newscenter.az.15.02.2020. Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter"dəki səhifəsində bildirib.