Impera

XƏBƏR LENTİ
13:00Cari ilin I rübündə Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 2094 müraciət daxil olub12:42Erməni terrorizminin əsil simasını ifşa edən siyasət12:20Paytaxt polisindən vətəndaşlara müraciət: "Özünütəcrid tədbirlərinə uyğun davransınlar"12:00Könül Nurullayeva: ”Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur”11:45Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək11:21Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırıb11:15“Topal” ləqəbli narkotacir həbs edildi11:06İsraildə koronavirusa yoluxanların sayı 5 minə çatır11:02Bakıda qaydaları pozan 313 nəfər cəzalandırıldı10:45Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film hazırlayıb - VİDEO10:00İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib09:30Atəşkəs rejimi 22 dəfə pozulub09:00DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır00:07Birinci vitse-prezident Mehriban Əliyeva: "Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"00:04Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür23:19Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü23:01Mikayıl Cabbarov: "Koronavirusun 11 fəaliyyət istiqamətinə təsirini 100% müəyyənləşdirmişik"22:50Daha bir ölkədə koronavirusa yoluxma aşkarlandı22:35Evlərdə repetitorluq xidmətləri qadağan olundu22:18Türkiyədə koronavirusa yoluxanların sayı on mini ötdü22:00Düşmən təxribatının qarşısı alınıb21:39Mənzillərdə ad günü, toy, nişan keçirmək qadağan edildi21:16Xüsusi rejim vaxtı fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı hazırlanır20:55Nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır20:46Bir çox iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI20:40İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər20:30Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər20:24Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu19:48Naxçıvan Qarnizonunda möhkəm müdafiə potensialı yaradılıb - VİDEO19:32Dövlət Agentliyinin sədr müavini Nepalın nüfuzlu jurnallarına müsahibə verib19:19Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik18:48Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi18:34“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi18:18Azərbaycanda anbarlarda qalan malların onlayn satışına icazə verildi17:50İsmayıllıda Kornovirus infeksiyasına qarşı tədbirlər davam etdirilir17:34"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb17:17Bakı metropoliteni stansiyalarına girişdə istiqamətləndiricilər qoyulub17:10Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu keçirilib16:49İsmayıllıda aztəminatlı ailələrə və yaşlılara yardım edilib16:37Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb16:29Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub15:51Gömrük Komitəsi ittihamları təkzib edir15:27"ASAN Xidmət" koronavirusa görə loqosunda dəyişiklik etdi15:16Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yeni qərar15:10Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər15:03Çində yarasa ətinin satışı bərpa olundu14:26AMEA koronavirusa görə bağlandı14:05Yer kürəsinə komet yaxınlaşır13:52İranda koronavirusdan ölənlərin sayı 2 757 nəfərə çatdı13:302 000-dən çox vətəndaşın giriş-çıxışına icazə verilməyib13:12Quba Soyqırımı Memorialını onlayn ziyarət mümkün olacaq13:00Sabah hava necə olacaq?12:45KATV1 tərəfindən tibb işçilərinə dəstək12:34Tacikistanda təhsil imkanı12:30Şahmat üzrə onlayn yarış keçirilib12:15Nəqliyyat axınına müsbət təsir edən yol yenidən qurulub11:55Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO11:4565 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları www.asanmektub.az saytına yerləşdirilir11:29Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı11:14Deputatlar parlamentə maska ilə gəldi11:03“INNOLAND”də virtual tədbir keçirilib10:46Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 AZN məbləğində ianə ayırdı10:30Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib10:16Azərbaycanda bir sıra obyektlərin fəaliyyəti dayandırıldı09:25Atəşkəs rejimi 24 dəfə pozulub23:39Dünyada 634 835 nəfər koronavirusa yoluxub22:48Koronavirusa yoluxmuş Azərbaycan diaspor rəhbəri: "Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır"22:38Paytaxtın müxtəlif ərazilərində dezinfeksiya işləri aparılır - VİDEO22:19İtaliyada bir gündə 700-dən çox şəxs koronavirusdan öldü21:55“Aşıq Şəmşir Mədəniyyət Ocağı”ından “Evdə qal, cəmiyyəti qoru” çağırışına dəstək-FOTOLAR21:46Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib21:14Türkiyədə koronavirusdan ölənlərin sayı 131 nəfərə çatdı20:41Koronavirusa görə vətəndaşlara pul yardımı ediləcək?20:11“ASAN xidmət”, “ASAN Kommunal” mərkəzləri fəaliyyətini xüsusi iş rejimində davam etdirir19:25Yeraltı piyada keçidlərindən çıxış məhdudlaşdırılıb.19:00Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb18:45Xeyirxahlıqdan uzaq, niyyətləri bəd-Vaqif Abdullayev yazır18:30Küçə və prospektlərin bəzi hissələrində orta təmir işləri görülür18:00Koronavirus hava yolu ilə yayılır?17:45Bibiheybətdə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır17:22Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı17:15“Azəriqaz" “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində müraciətlərin qəbuluna başlayıb17:05Bakıda yol təsərrüfatına ziyan vurulub16:55Koronavirus Azərbaycanda ərzaq qıtlığı yaratmayacaq16:45Rəsmi şəxslər karantindəki vətəndaşların saxlanma şəraitini araşdırıblar16:30Polislər əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər görür16:15Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı16:12İtlər koronavirusun aşkarlanmasında yardımçı ola bilər?16:00Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub15:55Məcburi köçkünlərin yaşadığı yerlər dezinfeksiya olunur15:43İspaniya şahzadəsi Mariya Tereza koronavirusdan öldü15:30Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilir15:17Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi15:12Şəfiqə Məmmədova “Əmək” ordeni ilə təltif edildi14:45Vergilərin ödənilməsi müddəti uzadıldı14:27DANX sürücülərə müraciət etdi14:18DANX nəzarət tədbirlərini gücləndirdi14:11Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı13:57DANX distant xidmətə keçir13:46İranda koronavirusa yoluxanların sayı 40 000-ə çatır
BÜTÜN XƏBƏRLƏR
Mart 2020 (1196)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Münhendə Azərbaycan dərsi

17 Fevral 2020, 16:52   


Newscenter.az.17.02.2020. Hər kəsin qismətinə və taleyinə həyatın müxtəlif sevinc və təzadlarını yaşamaq düşüb. Ermənistanın baş naziri Nikol Paşinyanın taleyinə isə Azərbaycan Prezidenti İlham Əliyevlə hər görüşdə aciz olmaq, gülünc və məzhəkə obyektinə çevrilmək düşüb. Ermənistanın başçısı tarixin ironiyası ilə üz-üzə qalıb, Azərbaycan Prezidenti onun dünyanın gözü qarşısında hər dəfə layiq olduğu səviyyədə yerini göstərir, maskalanmış riyakar simasını açır, büzüşmüş yazıq görkəminin əsil obrazını təqdim edir, türklər demiş alay edir, alçaldır.

İlham Əliyevin qarşısında komik bir təlxək obrazı Paşinyanın siyasi məişətinə, həyat tərzinə çevrilib. Münhen Konfransında da Ermənistanın baş naziri növbəti utancverici və biabırçı həyatı yaşadı. Prezident İlham Əliyevin erməni separatizmi, terroru barədə sərrast və tutarlı çıxışı Nikol Paşinyanı o qədər təşvişə saldı ki, dili topuq vuran bu zavallı erməni sanki o dünayaya səyahət etdi, o qədər əfsanələr uydurdu ki, eramızdan əvvəlki tarixin qarmaqarışıq yuxularını sərsəmləməyə başladı, həmişə olduğu kimi yenə də əlahəzrət faktlar və tarixi həqiqətlər qarşısında aciz qalaraq mövzudan yayınmağa, mövzuya dəxli olmayan fikirlər söylədi. Eramızdan əvvəlki dövrlərə gedib çıxaraq məntiqsiz və heç bir bağlantısı olmayan tarixi xronologiyanı düzüb-qoşmaqla guya ermənilərin qədim xalq olmasını əsaslandırmağa çalışdı, sanki Roma sərkərdəsi Pompeylə bir yerdə oturub-dururmuş kimi onun adından danışdı. Ancaq heç bir tarixi əsası olmayan, hər hansı bir sənədlə təsdiqini tapmayan və yalnız mif olan bu cür nağıllarla və fantastik “tarixi kəşf”lərlə panel iştirakçılarının gülüş obyektinə çevrildi.

Paşınyan keçmiş SSRİ-nin tərkibindəki respublikaların müstəqillik əldə etməsi fonunda muxtar respublikaların suverenliyə qovuşduğuna dair absurd və siyasi praktikada qəbul olunmayan ittihamlara əl atdı. Yenə də özünü ifşa etdirdi. Bu savadsız və siyasi gerizəkalıya hələ də çatmayıb ki, muxtar respubliklar SSRİ-nin tərkibinə daxil olduğu vaxt bütün ittifar respublikalarının ərazisi kimi təsbit edilmişdi və SSRİ dağılanda da onların hər biri tərkibində olduğu müstəqil respublikaların ərazisi kimi BMT, ATƏT və bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıbdır. Ona çatmır ki, təkcə Rusiyada 20-dən artıq muxrat respublika vardır və onların Rusiya Federasiyasının tərkib hissəsidir, müstəqil dövlət deyil. SSRİ-də 40-da artıq muxtar respublika olub və onların hər biri daxil olduğu respublikanın ərazisi kimi beynəlxalq hüuqu tərəfindən qəbul edilib tanınır. Bu gün Cənubi Qafqaz respublikaları olan Azərbaycan və Gürcüstanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində mövcud olan separatçı-terrorist rejimlərin isə necə, hansı güclər tərəfindən himayə və idarə olunması vassal ölkə Ermənistanın da rəhbərinə məlumdur.

Paşınyan həyasız və abırsızlıqla hətta BMT-nin ünvanına da yalanlar yağdırdı. BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində guya ki, Azərbaycan atəşkəsi pozması nəticəsində torpaqlarını itirdiyini iddia etdi. Şərəfsizliyin həddi olar, bu adam hər şeyini unudaraq beynəlxalq birliyin hüquqi sənədlərini saxtalaşdırmaqdan belə utanmadı. 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın birbaşa işğalda iştirakını, Azərbaycan torpaqlarını işğal etməsini və həmin torpaqlardan silahlı birləşmələrin geri çəkilməsi tələbini əks etdirən müddəaları görməyərək siyasi mənəviyyatsızlığını nümayiş etdirdi.

Paşinyan dünya ictimaiyyətini aldatmağa calışdı, ancaq alınmnadı, Valdaydakı, Aşqabaddakı kimi yenə də Azərbaycan Prezidenti İlham Əliyevin ağır öldürücü zərbə təsiri bağışlayan çıxışı qarşısında rüsvay oldu. Azərbaycanın dövlət başçısı konkret tarixi faktlarla əsil tarixi gerçəkliyi bir daha şərh etdi, bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu, tarixi həqiqətdir. Dövlət başçısı azərbaycanlıların tarix boyu ermənilər tərəfindən etnik təmizlənməyə və soyqırıma məruz qaldıqlarını, torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini, hazırda mövcud olan Ermənistanın əzəli Azərbaycan torpaqlarında yaradıldığını bəyan edərək bununla bağlı istər tarixi, istərsə də beynəlxalq hüquqi sənədləri panel iştirakçılarının diqqətinə çatdırdı. “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir” deyə bəyan edən Cənab İlham Əliyev 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya imperiyasının generalı Sisianovla saziş imzalaması, Rusiya imperiyasının süqutundan sonra yaradılan bolşevik hökumətinin, SSRİ-nin qərarlarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqqında əsil tarixi ortaya qoydu. “Ermənilərin vaxtilə onlara verilmiş torpaqlarda və Qarabağda heç bir tarixi irsi yoxdur. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvan ermənilərə verilib və Ermənistan Azərbaycan torpaqları hesabına yaradılıb”. Azərbaycan Prezidenti 1990-cı ildən başlayaraq Ermənistanın işğalçılıq hərəkətlərini, törətdiyi ən ağır cinayəti- Xocalı soyqırımı barədə həqiqətləri bir daha xatırlatdı, beynəlxalq hüququn mövqeyini, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olması barədə yekdil rəyini, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnaməsini təqdim etdi, Paşinyanın uydurma və cəfəng fikirlərini faktlarla, əsaslı dəlillərlə alt-üst etdi.

Azərbaycan Prezidenti konkretliklə, əsil siyasi gerçəkliyi təsvir edən lider kimi bir daha bəyan etdi ki, münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edir. Bəs onda, Paşinyan kimi sarsaq bunları qəbul etmirsə, Azərbaycan nə etməlidir? Bunun çox lakonik və birmnalı cavabı var, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan öz torpaqlarını işğaldan azad etməlidir.

Yeri gəlmişkən, Münhen konfransında Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva da iştirakı Azərbaycanın Qarabağ məsələsinə hədsiz dərəcədə həssas yanaşmasının nümunəsi hesab edilə bilər. Prezident İlham Əliyev möhtəşəm çıxışı ilə Azərbaycanın diplomatik sahədə növbəti uğurunu qazandırdı.

Ermənistanın baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin bu arqumentləri qarşısında lal-dinməz qaldı, əlini qulağının dibinə qoyub maddım-maddım baxmaqla kifayətləndi, Cəsarətsiz şəkildə nəsə demək istəsə də, nala-mıxa vurdu, məntiqsiz, sübut-dəlili olmayan sərsəm cavb verməyə cəhd etdi, ancaq İlham Əliyevin yaylım atəşini xatırladan sərrast hədəfləri qabağında büzülərək özünü və təmsil etdiyi dövləti biabır etdi, erməninin qorxaq və aciz simasını dünaya nümayiş etdirdi.

Qeyd edək ki, bu açıq panel müzakirələrinə bütün qlobal informasiya resursları diqqət yönəltmişdi və Azərbaycan Prezidentinin haqlı mövqeyi, dərin və zəngin tarixi, hüquqi və siyasi bilgiləri, praqmatik və siyasi məntiqə əsaslanan olduqca tutarlı hazırcavablığı bütün dünya ölkələrinin diqqətini cəlb etdi. Və bu sərrast çıxış qarşısında Paşinyanın sərsəmləmələri beynəlxalq səviyyədə nüfuzli siyasi və ictimai xadimlər, media orqanları tərəfindən də kəskin şəkildə pisləndi, onun siyasi savadsızlığı, qeyri-etik davranışları hələ də qınanmaqdadır. Amerikalı, israilli professor Brenda Şafferon, Türkiyənin “Can Azərbaycan” media şirkətinin rəhbəri Namık Kamal Yıldırım, Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək, “Vestnik Kavkaza” Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov, Yaponiyanın və dünyanın bir sıra aparıcı KİV-ləri Ermənistanın baş nazirinin yalançı, şantajçı, hətta beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edən saxtakar və dolandırıcı olduğunu gördülər.

Azərbaycanın dövlət başçısının Paşınyana dərs verməsini və onu acınacaqlı vəziyyətə salmasını erməni politoloqları, media mənsubları da etiraf etməkdədir. Onlar açıq şəkildə etiraf edirlər ki, Münhendə Azərbaycan Prezidenti Paşinyanı darmadağın etdi. Erməni ictimaiyyəti Paşinyanın savadsız siyasətçi kimi beynəlxalq tədbirlərdə onları məyus və biabır etməsindən qəzəbləniblər, dünya birliyi qarşısında onları rusvayçı duruma salmasından hiddətlənərək “daha bəsdir, Paşinyan, bilmədiyini şeyləri danışma, heç olmasa sus” deyə bildirirlər.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
OXŞAR MÖVZULAR