Sumqayıtda zibil qutusunda yeni doğulmuş körpənin meyiti tapılıb
Tarix: 22-02-2020, 09:51
Newscenter.az.22.02.2020. Sumqayıt şəhərində sakinlər zibil qutusunda yeni doğulmuş körpənin meyitinin olduğunu görüblər.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb.
Bununla bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.