Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda zəncirvari qəza-3 nəfər öldü



Newscenter.az.26.02.2020. Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

TƏBİB-dən “Report”a verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş