Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Holllandiyadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi-FOTOLAR



Newscenter.az.26.02.2020. Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində fevralın 26-da Hollandiyadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Newscenter.a xəbər verir ki, etiraz aksiyası Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Hollandiyadakı Azərbaycan və türk təşkilatlarının Den Haaq şəhərindəki Ermənistan səfirliyi qarşısında keçirilən aksiyasında Xocalıya ədalət istənilib, bu müsibəti, soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələri tələb olunub.

Aksiya zamanı iştirakçılarl "Qarabağ Azərbaycandır", "Ermənilər Qarabağdan rədd olun", "Xocalıya ədalət" kimi şüarlar səsləndiriblər. Aksiyanın sonunda iştirakçılar tərəfindən səfirliyə qətnamə təqdim edilib.
Xəbəri paylaş