Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi



Newscenter.az.4.03.2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına məlumat veriblər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.
Xəbəri paylaş