Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda avtobus sürücüsü bıçaqlandı



Newscenter.az.5.03,2020. Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan şəxs (ad və soyadı dəqiqləşdirilir-red) 130 saylı sərnişin avtobusunun sürücüsü, 1984-cü il təvəllüdlü Əliyev Sərxan Əli oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun böyük həcmli kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbəri paylaş