Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün axtarışda olan 26 nəfər saxlanılıb



Newscenter.az.5.03.2020. Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 37 cinayətin üstü açılıb.

Newscenter.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 22-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Xəbəri paylaş