Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçirilir



Newscenter.az.5.03.2020. Tbilisidə Azərbaycan və Gürcüstanın işgüzar dairələrinin iştirakı ilə biznes-forum keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının təşkil etdiyi tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Ekaterine Mikabadze, BP, SOCAR şirkəti, “Paşa Bank”, AZPROMO, diplomatik korpusun nümayəndələri də iştirak edirlər.

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ), qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkət və iş adamları da forumda təmsil olunublar.

Biznes forum çərçivəsində "Gürcüstan-Azərbaycan enerji tərəfdaşlığı və perspektivər", Gürcüstanda biznes mühit və investisiya imkanları və digər mövzularda sessiyalar keçiriləcək. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən Gürcüstan və Gürcüstandakı Azərbaycan şirkətlərinin uğur hekayələri haqqında təqdimatlar da nümayiş etdiriləcək.

Forum sual-cavab və müzakirələr formatında davam etdiriləcək.

Sonda AZEBİ və Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.
Xəbəri paylaş