Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Axtarışda olan 21 nəfər saxlanılıb

Axtarışda olan 21 nəfər saxlanılıb


Newscenter.az.7.03.2020. Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-də 34 cinayətin üstü açılıb.

Newscenter.az Bakı Şəhəri Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Mehman
Xəbəri paylaş