Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin Əhali Fondu 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx hazırlayıb-VİDEO



Newscenter.az.7.03.2020. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx ərsəyə gətirib. Təşkilatın Bakı ofisindən Newscenter.az-a bildirilib ki, videoçarx qız uşaqlarının təhsil vasitəsilə səlahiyyətləndirilməsində ataların rolundan bəhs edir və təhsilin qızların müqəddəratının təyin olunmasındakı əvəzsiz rolunu vurğulayır.

Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.

BMT-nin Əhali Fondu valideynləri, xüsusilə ataları qız övladlarının təhsilə yönləndirilməsində fəal mövqe tutmağa çağırır.

Mehman
https://www.youtube.com/watch?v=-mdeNmIVsPI
Xəbəri paylaş