Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan prezidenti xarici səfərlərini ləğv etdi



Newscenter.az.10.03.2020. Gürcüstan prezidenti Salome Zurabişvili dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq xarici səfərlərini ləğv edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Administrasiyasından bildirilib.

Dövlət başçısının Bolqarıstan, Ukrayna və Belçikaya planlaşdırılan səfərləri ləğv olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 740-a çatıb. Bunların 64 752 nəfəri sağalıb, 4 095 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbəri paylaş