Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İSBAM bir qrup şəhid və qazi ailəsində olub



Newscenter.az.8.03.2020. Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İSBAM Qadınlar Şurası bir qrup şəhid və qazi ailələrində olub.

Newscenter.az. xəbər verir ki, ailələrdə keçirilən görüşlərdə İSBAM Qadınlar Şurasının sədri Mətanət Musayeva çıxış edərək, onları bayram münasibəti ilə təbrik etmiş, şəhid və qazilərimizin vətən uğrunda göstərdiyi xidmətlərdən söz açıb. Sonra " Dövlət və Qanun" qəzetinin baş redaktoru və İSBAM sədinin müşaviri Yasəmən Möhübbətqızı və BOYUKMİLLET.COM informasiya portalının redaktoru Sima Babayeva da öz təbriklərini edərək , dövlət və ictimaiyyət nümayəndələrinin şəhid və qazilərə qayğısının vətənpərvərkik ruhunun yüksəlməsinə təsir etdiyini qeyd etdilər. Bayram ziyarətində İSBAM sədri Samir Adgözəlli də iştirak edib.

O, şəhid və qazi ailələrindəki xanımları təbrik edərək, dövlətin şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Daha sonra İSBAM Qadınlar Şurasının hazırladığı hədiyyələr və sovqatlar ailələrə təqdim edib. Ziyarət edilən şəhid anaları və qazi xanımları bu xoş təşəbbüsə görə ,İSBAM rəhbərliyinə və Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş