Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb



Newscenter.az.10.03.2020. Prezident İlham Əliyevin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasa sədrliyi parlamentin ən yaşlı deputatı - Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.
Xəbəri paylaş