Prezident Yaponiya və Çexiyaya yeni səfir təyin etdi
Tarix: 12-03-2020, 13:50
Newscenter.az.12.03.2020. Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyaya yeni səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
X X X
Dövlət başçısının digər sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.