Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metro qatarları və stansiyalar dezinfeksiya edilir



Newscenter.az.13.03.2020. Yeni koronavirusla (COVİD-19) əlaqədar fevral ayının 21-dən stansiya və qatarlarda, həmçinin inzibati və iaşə obyektlərində profilaktiki tədbirləri davam etdirən “Bakı Metropoliteni” QSC geniş spektrli dezinfeksiya tədbirlərinin intensivliyini artırıb. Səhmdar Cəmiyyətdən Newscenter.az-a bildirilib ki, buna qədər koronavirusla əlaqədar profilaktiki dezinfeksiya işləri ay ərzində iki dəfə nəzərdə tutulmuşdusa, həmin tədbirlərin hər həftə yerinə yetirilməsi qərara alınıb.

Əsas məqsəd profilaktik xarakterli sanitar-gigiyenik tədbirlərin səmərəsini artırmaq, sərnişinlərin metropolitendən daha sağlam, təhlükəsiz və rahat şəraitdə istifadəsini, onların məmnunluğunu, sanitar vəziyyətə əminliyini daha yüksək səviyyədə təmin etməkdir.

Qatarlarda və stansiyalarda, həmçinin digər metropoliten obyektlərində dezinfeksiya işlərini xüsusi lisenziya ilə uzun illərdir fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirir. Yeniliklə əlaqədar tədbirlər planına qrafik üzrə müvafiq dəyişikliklər edilib. Hazırda Bakı metropolitenində koronavirusla bağlı tədbirlərin ikinci mərhələsi başa çatmaq üzrədir.

Bildirilib ki, qatarların ikinci mərhələ çərçivəsində dezinfeksiyası başa çatmaqdadır. Planlı cari təmir işləri aparılan 3 qatar (15 vaqon) istisna olmaqla, digər qatarların vaqonları dezinfeksiya işlərinə cəlb olunub. Artıq "Bakı Metropoliteni" QSC-nin sanitariya və gigiyena üzrə həkiminin və aidiyyəti strukturların nəzarəti altında 47 qatarda (235 vaqon) geniş spektrli dezinfeksiya işləri növbəti dəfə aparılıb. Proses həftəsonu yekunlaşdırılacaq.

aGündəlik yerinə yetirilən tədbirlər də davam etdirilir. Texniki-istismar qaydalarına əsasən, texniki baxış, xidmət və qulluq məqsədilə elektrik deposuna daxil olan hər bir qatara sanitar-gigiyenik tələblərə uyğun xidmət göstərilir. Koronavirusla əlaqədar verilmiş göstərişə əsasən, gün ərzində “Bakmil” stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət edən qatarların (sərnişinsiz və işçi personal olmadan) salon qapıları açıq saxlanılaraq vaqonlar, əlavə ehtiyat tədbiri kimi, havalandırılır.

Anar
Xəbəri paylaş