Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nigar Arpadarai: "Artıq tam gücümüzlə işə başlamışıq"



Newscenter.az.13.03.2020
. Bu gün Milli Məclisin ikinci sessiyası baş tutdu, deputat vəsiqələri təqdim olundu. Ailə, qadın, uşaq məsələləri və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrində üzvlüyüm təsdiq olundu. Artıq tam gücümüzlə işə başlamışıq.

Newscenter.az xəbər verir ki, bu fikirləri 29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Nigar Arpadarai səsləndirib. O, qeyd edib ki, təşviqat kampaniyası dövründə söz verdiyi kimi, məhz seçiciləri narahat edən məsələlərdən başlayaraq, sosial sifariş əsasında qanunvericik üzrə təkliflərini verməyi planlaşdırır:

"Vəd etdiyim kimi, təhsil, infrastruktur və qadınların məşğulluğu məsələləri ilkin mərhələdə mənim üçün prioritet olan mövzulardır. Hər 3 istiqamətlə bağlı planlarımı mütəmadi olaraq bölüşəcəyəm. Hazırda üzərində işlədiyim mövzulardan biri Səbail ərazisində sənədsiz evlərin sənədləşməsi ilə bağlı mövzunun aidiyyatı olan qurumlar qarşısında qaldırılmasıdır. Növbəti həftələr ərzində bu məsələ ilə bağlı məlumat bölüşəcəyəm".

Mehman
Xəbəri paylaş