Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Referendum keçirilməsi yaxşı ideyadır



Newscenter.az.14.03.2020. Referendum keçirilməsi, konstitusiyada müəyyən dəyişikliklər edilməsi və bunun da nəticəsində gələcəkdə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi prinsip etibarilə yaxşı ideyadır. Yəni ki, söhbət həm mojaritar, həm də proporsional seçki sisteminin birlikdə tətbiq ediləcəyi ehtimalından gedir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, bu sistem, təcrübə bu gün dünyanın əksər ölkələrində tətbiq edilir:

"Etiraf edək ki, uğurla tətbiq edilir. Qarışıq seçki sisteminin tətbiqi nəticə etibarilə hər bir partiyanın gücünü (və ya gücsüzlüyünü), kifayət qədər geniş elektoral bazaya malik olub-olmadığını açıq şəkildə ortaya qoyur. Bu sistem eyni zamanda cəmiyyətdə siyasi partiyalara qarşı inamın, etimadını dərəcəsini ölçməyə imkan verir. Belə deyək də, bir növ barometr rolunu oynayır. Odur ki, biz bu sistemin yenidən bərpa edilməsinin tərəfdarıyıq və əgər Prezident İlham Əliyevin bununla bağlı Ana Yasamızda dəyişikliklər etmək təşəbbüsü olacaqsa, biz bu təşəbbüsü birmənalı surətdə dəstəkləyəcəyik".

Mehman
Xəbəri paylaş