Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu şəxslərin Türkiyədən Azərbaycana gətirilməsinə üstünlük veriləcək



Newscenter.az.15.03.2020. Ölkəyə qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallarda üstünlük veriləcək:

- Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;

- Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;

- "Azərbaycan Hava Yolları" ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;

- Yaşlı, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.
Xəbəri paylaş