Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda koronavirusa yoluxma sayı 33-ə çatdı



Newscenter.az.15.03.2020. Gürcüstanda koronavirusa yoluxma ilə bağlı üç yeni hal təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Bununla qonşu ölkədə koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı 33-ə çatıb.

Qeyd olunub ki, karantində 427, stasionar nəzarətdə isə 73 nəfər saxlanılır.
Xəbəri paylaş