Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Həsənovun Dərbənddən bəhs edən filmi çəkilib-VIDEO



Newscenter.az.17.03.2020. Rusiya Azərbaycanlıları İttifaqıl və Dünya Azərbaycanlılarının Mədənoyyət Fondunun mətb uat xidmətinin rəhbəri, tanınmış jurnalist Anar Həsənov Dərbənddən bəhs edən "Tikdim ki, izim qala" adlı filmi ərsəyə gəlib.

Newscenter.az xəbər verir ki, Anar Həsənov film çəkmək ideyası barədə danışarkən qeyd edib ki, Dərbənd haqqında film çəkmək fikrinə Murad Acinin sonuncu əsəri olan “Əbədi göy səma” kitabından sonra düşüb. “Qala”ya etnoqrafik film çəkmək niyyəti ilə gəlsəm də, alınmadı...Çünki gördüklərimə və eşitdiklərimə biganə qala bilməzdim.Həm də mən heç vaxt onlardan, yəni küt təbliğatçılardan biri olmamışam ki, ancaq yuxarıların diqtəsini cəmiyyətə sırayım..

Bu filmə görə vicdanımdan mükafatımı almışam. Məhz belə əl işlərimə görə jurnalistikada vicdandan danışmağa haqqım var. Düzdür, bu film heç yerdə göstərilməyib, amma az qalıb...! Yaxın günlərdə, 10 il keçsə belə hələ də aktuallığını qoruyan filmin tam versiyasına baxacaqsınız.
“Tikdim ki, izim qala” sənədli filminə baxmaq həvəsinizi onun “treyler”ində gördüklərinizdən sonrakı şərhləriniz təsdiq edəcək. Bəlkə də bu film mənim üçün uğurlu alınıb, bəlkə də yanılıram!? Söz sizdədir, FB istifadəçiləri!
Xəbəri paylaş