Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva aztəminatlı ailələrə bayram sovqatı təqdim edib-FOTOLAR



Newscenter.az.19.03.2020. Millət vəkili Könül Nurullayeva Novruz bayramı ərəfəsində Nizami rayonunda yaşayan aztəminatlı ailələrə baş çəkib, onlara bayram sovqatı təqdim edim.

Newscenter.az xəbər verir ki, millət vəkili həmçinin Nizami rayonunda fəaliyyət göstərən ictimai təşkilatlardan-Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimi Birliyinin, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin Nizami rayon şöbəsinin, Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının, eləcə də Nizami rayon Ağsaqqallar Şurasının üzvləri ilə də görüşüb, onlara bayram sovqatı verib.

Könül Nurullayeva qeyd edib ki, dövlətimiz üçün ağır olan bu gündə xususilə ehtiyacı olan insanlara yardım göstərmək, onların yanında olmaq hamımızın vətəndaş borcudur:

"Qoy bu bayram hər ocağa bol sevinc, firavanlıq və ruzi-bərəkət bəxş eləsin. Ulu Tanrı ölkəmizi, xalqımızı bütün xətalardan, pis niyyətlərdən qorusun!
Novruz bayramınız mübarək olsun!"
Xəbəri paylaş