Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşə ixtisasları üzrə teledərslər yayımlanacaq



Newscenter.az.19.03.2020. Martın 29-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, həmçinin dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilib.

Sənayedə quraşdırma işləri, tikinti, avtomobil diaqnostikası və təmiri, avtomatika ixtisasları üzrə video dərslərin çəkilişi yekunlaşıb. Növbəti günlərdə digər peşə ixtisasları üzrə teledərslərin hazırlığı nəzərdə tutulur.

Peşə ixtisasları üzrə “Dərs vaxtı” verilişinin cədvəli qısa zamanda açıqlanacaq.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə bilərlər.

R.Mehdiyeva
Xəbəri paylaş