Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirilib-FOTOLAR-VİDEO



Newscenter.az.22.03.2020. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirləri çərçivəsində paytaxt və regionlarda dezinfeksiya tədbirləri davam etdirilir.

Yevlax Şəhər İcra Hakimiyyətindən Newscenter.az-a verilən məlumata görə, yeni koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib. Məlumata görə, mütəmadi olaraq şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri xüsusi maddələrlə yuyulur.

Bundan başqa şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər, eləcə də əhali arasında maarifləndirmə işləri aparılır.


Mehman
Xəbəri paylaş