Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz birlikdə güclüyük!



Newscenter.az.24.03.2020. Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır. Ölkə Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə 1 milyard manat həcmində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Konul Nurullayeva səsləndirib. O, qeyd edib ki, hal – hazırda mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi istiqamətində iş aparılır:

"Bu məqsədlə yaradılmış işçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir. Yaradılmış xüsusi işçi qrup tərəfindən biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlanır. İş yerlərinin və məşğulluğun qorunması, işçilərin hüquqları və sosial müdafiəsinin təmin olunması dövlətin diqqət mərkəzindədir. Mən də dövlətimiz üçün bu ağır gündə işə götürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa, səbrli olub həmrəylik nümayiş etdirməyə çağırıram".

Millət vəkili qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər:

"Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq. Minlərlə insana xidmət edəcək belə bir sistemin yaradılması çöx vacibdir və atılan növbəti önəmli addımlardan biridir. Sizi çox gözəl başa düşürəm… İnanın ki, səhifəmdə qeyd etdiyiniz məsələlərlə bağlı dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparılır".

Könül Nurullayeva onu da qeyd edib ki, koronavirusa qarşı mübarizədə dövlətin müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhali də müvafiq tövsiyyələrə intizamla əməl etməli, indi həmişə olduğundan daha çox həmrəylik, bir-birinə dəstək nümayiş etdirməli, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmalıdır:

"Həyata keçirilən zəruri tədbirlər haqqında məlumatı xüsusilə sosial şəbəkələrin aktiv istifadəçisi olmayan yaşlı nəslin nümayəndələrinə çatdırmaq, səbrli olub daha çox maddi və mənəvi dəstəyə ehtiyacı olan insanlara yardım göstərməklə lazımi nəticə əldə etmək mümkündür.
Biz birlikdə güclüyük".

Mehman
Xəbəri paylaş