Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndiki halda daha güclü düşməni, koronovirusu məhv etməliyik



Newscenter.az.27.03.2020. “Azərbaycanın indiyə qədər bir düşməni vardı. Erməni separatçılığı. İkinci düşmən, daha güclü düşmən isə koronovirusdur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib. O, qeyd edib ki, biz gec- tez erməniləri məğlub edərək torpaqlarımızı azad edəcəyik. Ancaq indiki halda daha güclü düşməni, koronovirusu məhv etməliyik:

“Nə qədər tez məhv edə bilsək, o qədər də az itkilərimiz olacaqdır. Həm iqtisadi, həm sosiail, həm də hərbi baxımdan. Bunun üçün xalqın birliyi lazımdır. Respublika Prezidenti İlham Əliyev, Birinci-vitse Prezident Mehriban xanım Əliyeva dəfələrlə xalqa müraciət etdi, Milli Məclis müvafiq qanunvericilik aktlarına dəyişikliklər, hökumət karantin rejimi tətbiq etdi. Görülən tədbirlər əhali tərəfindən yüksək qiymətləndirildi. Ancaq təəssüflə demək lazımdır ki, hələ də kifayət qədər məsuliyyətsiz insanlar var ki, təhlükənin miqyasını dərk etmirlər. Şəhərin küçə və meydanlarında, dənizkənarı bulvarda gəzərək, heç nə olmamış kimi, son aylarda gecəli- gündüzlü ictimai sabitliyi qoruyan polis işçilərinin tapşırıqlarına belə etinasız yanaşırlar. Təəccüblü olsa da, bəzi yaşlı vətəndaşlarımız, yaşlı olmaqlarını gözə soxaraq heç nədən qorxmadıqlarını bildirirlər. Yüksək davranış mədəniyyəti göstərdiklərinə görə polis işçilərinə təşəkkür etməklə, hesab edirəm ki, belələrinə qarşı sərt tədbirlər görülməlidir. Çünki, xəstəliyin qarşısının alınmasının birinci şərti insanların bir-biri ilə təmasını maksimum məhdudlaşdırmaqdır”.

Millət vəkilinin sözlərinə görə, ilkin mərhələdə ancaq xaricdən gələnlərdə virus aşkarlanırdısa, hazırda daxildə yayılmağa başlayıb:

“Bəzi ölkələrin acı təcrübəsindən “bəhrələnərək” imkan verməməliyik ki, situasiya nəzarətdən çıxsın. Burada isə, hər birimizin olduqca məsuliyyətli olmamız lazımdır. İnanıram ki, xalqımız müdrik xalqdır. Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz virusa digər ölkələrdən daha tez qalib gələcəyik. Yeri gəlmişkən, koronovirusla mübarizədə ön cəbhədə olan qəhrəman həkimlərimizə, tibb personalına dərin təşəkkürümü bildirirəm. Allah Azərbaycanı qorusun”.

Nəsib Məhəməliyev ölkədə koronavirusa qarşı aparılan tədbirlərə də diqqət çəkib. O, bildirib ki, son bir gün ərzində ölkəmizdə koronovirusa yoluxanların sayı 29 nəfər artıb:

“Nazirlər kabineti yanında operativ qərargah gündəlik daxil olmuş məlumatları təhlil edir, xarici ölkələrdən gələn vətəndaşlarımızın karantinə alınması, yerləşdirilməsi, təchizat, müayinə və müalicə məsələlərini təşkil edir. Bakı şəhərində və regionlarda dezinfeksiya işləri aparılır. Bütün dövlət strukturları saat mexanizmi kimi dəqiqliklə öz vəzifələrini icra edir, bir çox hallarda qabaqlayıcı tədbirlər görürlər. Televiziya kanalları, müxtəlif mütəxəssisləri, ictimai- siyasi fəalları dəvət etməklə geniş miqyaslı təbliğat kampaniyası keçirirlər. Sosial şəbəkələr vasitəsilə dünyanın bir çox ölkələrində mövcud vəziyyət və görülən işlər barədə məlumatlar alırıq. Artıq qısa zaman kəsiyində virusa yoluxanların sayı yarım milyonu keçib, iyirmi üç mindən çox insan dünyasını dəyişib. Son günlərin məlumatına görə İtaliya və İspaniya kimi inkişaf etmiş ölkələrdə sutkada orta hesabla 500- 600 adam ölür”.

Mehman
Xəbəri paylaş