Bakıda 6 yaşlı uşağın ölüm səbəbi araşdırılır
Tarix: 28-03-2020, 15:26
Newscenter.az.28.03.2020. Bakıda 6 yaşlı uşaq xəstəxanaya çatan kimi dünyasını dəyişib.
“Report” xəbər verir ki, uşaq kəskin qarın simptomu diaqnozu ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.
TƏBİB-dən “Report”a verilən məlumata görə, uşaq İnstituta daxil olan kimi ölüb: “Ölümün dəqiq səbəbi tibbi ekspertizanın nəticəsindən sonra məlum olacaq”.