Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada 6,5 bal gücündə zəlzələ baş verdi



Newscenter.az.1.04.2020. ABŞ-ın Aydaho ştatında 6,5 bal gücündə zəlzələ olub.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanlar Nevada və Montana da daxil olmaqla, Aydahoya qonşu 6 ştatda hiss edilib. Zəlzələ 10 km-lik dərinlikdə baş verib və 30 saniyə çəkib.

Yerli hakimiyyət itki və dağıntının olmadığını bildirib.
Xəbəri paylaş