Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Siyasi Şurasının üzvü: "Koronavirus fəlakətindən xilas olmağın bir yolu var"



Newscenter.az.1.04.2020. “Koronavirusun dünyada tüğyan etdiyi bu çətin günlərdə bizə yaxınlaşan fəlakətdən xilas olmağın bir yolu var: qohumlarımıza, dostlarımıza, doğmalarımıza, qonşularımıza, yaxınlarımıza və bizdən uzaqda olan, amma əlimiz çatacaq hər kəsə qarşı ürəyimizdən kini-küdrəti atıb hamıya əl uzatmaq”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Qafar Əliyev deyib ki, əgər imkanın varsa, daha çox imkansıza, yetimə, kasıba əl uzat:

“Hansısa ehtiyac içərisində olan insan öz qürurunu sındırmadığına görə evində sakitcə oturub ağır durumda olduğunu kimsəyə biruzə vermək istəmirsə, sən ona tərəf get, ona əl uzat, onun probleminin həllinə kömək elə, ona arxa dur. Unutma ki, heç yerdə işləməyən, evdə çörəyi olmayan, insanlar var. Gəlin onları axtarıb tapaq, onlara dayaq duraq ki, bu fəlakətdən hamılıqla xilas ola bilək. Allah bu bəlanı yer üzünə göndərməklə bizi sınağa çəkir. Əgər belə etsək, Allah günahlarımızı bağışlayar. Allah günahlarımızı bağışlayandır”.

Mehman
Xəbəri paylaş