Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərbaycan Dəmir Yolları" eşitmə məhdudiyyətli insanlar üçün maarifləndirici videoçarx hazırladı



Newscenter.az.3.04.2020. Azərbaycanda yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün əhalinin bütün qruplarının maarifləndirilməsi çox vacibdir. Bu baxımdan informasiyaya çıxışı məhdud olan insanların məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir.

Newscenter.az xəbər verir ki, bunu nəzərə alan "Azərbaycan Dəmir Yolları" QSC eşitmə məhddudiyyəti olan insanlar üçün videoçarx hazırlayıb.

Səhmdar Cəmiyyət ümid edir ki, bu surdotərcüməli videoçarx eşitmə məhdudiyyətli insanların COVID-19 infeksiyası mövzusunda maarifləndirilməsinə xidmət edəcək.

"Mövcud vəziyyətdə fiziki məhdudiyyətli şəxslərin dəstəyə daha çox ehtiyacı var. Gəlin, həmrəylik və birlik nümayiş etdirib, onları bacardığımız qədər diqqət və qayğı ilə əhatə edək!"

Anar
COVID-19 haqqında surdotərcüməli videoçarx

Azərbaycanda yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün əhalinin bütün qruplarının maarifləndirilməsi çox vacibdir. Bu baxımdan informasiyaya çıxışı məhdud olan insanların məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki, bu surdotərcüməli videoçarx eşitmə məhdudiyyətli insanların COVID-19 infeksiyası mövzusunda maarifləndirilməsinə xidmət edəcək. Mövcud vəziyyətdə fiziki məhdudiyyətli şəxslərin dəstəyə daha çox ehtiyacı var. Gəlin, həmrəylik və birlik nümayiş etdirib, onları bacardığımız qədər diqqət və qayğı ilə əhatə edək!

Gepostet von Azərbaycan Dəmir Yolları am Freitag, 3. April 2020
Xəbəri paylaş