Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət insanlara sosial dəstək göstərəcək

Dövlət insanlara sosial dəstək göstərəcək


Newscenter.az.3.04.2020. “Dövlət ilk növbədə insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərəcək. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Hüseynov səsləndirib. O, bildirib ki, tədbirlərdən biri əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da birbaşa sosial xarakterlidir:

“Karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq. Mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq”.

Mehman
Xəbəri paylaş