Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın voleybolçularımız beynəlxalq reytinqdə bir pillə irəlilədi



Newscenter.az.5.04.2020. Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni reytinq cədvəlini açıqlayıb. Siyahı Azərbaycan milliləri üçün uğurlu alınıb.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, 127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edirlər.

Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xala malik milli dünyada yenə 58-cidir. Bu siyahıda isə Braziliya liderdir.

Ayan
Xəbəri paylaş