Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz birlikdə bu bəlanın öhdəsindən gələcəyik



Newscenter.az.7.04.2020. "Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir, Belə ki, koronavirus (COVID-19) infeksiyası sürətli şəkildə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistikaya baxsaq xəstəliyin yaratdığı fəsadlar kifayət qədər ciddidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Gəncə Şəhər YAP Gənclər Birliyinin İdarə heyətinin üzvü Teymur Əliyev səsləndirib

“İnşallah biz birlikdə bu bəlanın öhdəsindən gələcəyik! Biz birlikdə daha güclüyük . Bu gün bu məsələdə hamı bir nəfər olaraq ümummilli məsələlərdə olduğu kimi dövlətə dəstək olmalıdır. Cənab Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Bu işdə əziyyət çəkən hər kəsə, xüsusilə də həkimlərimizə, polislərimizə minnətdarıq. Azərbaycan vətəndaşı olaraq demək istərdim ki , biz güclü və dözümlü xalqıq. Bu çətinliyin öhdəsindən də gəlməyə yetəri qədər gücümüz var. Soisal şəbəkələrə və ətrafımıza baxdıqda görərik ki, nə qədər imkanlı şəxslər var ki, əlindən gəldiyi qədər ehtiyacı olan şəxslərə köməklik göstərir. Yaxın keçmişə baxdıqda görürük ki, 2016-cı il necə Azərbaycan xalqı bir yumruq altında birləşib “Aprel Döyüşləri”-də ermənilər üzərində laiqli və şanlı qələbə qazandısa, düşünürəmki bu sınaqdanda həmrəylik göstərib üzü ağ çıxacaqdır".

Teymur Əliyevin sözlərinə görə, koronavirus infeksiyasına qarşı yaradılmış dəstək fonduna qısa zamanda 100 milyon manatdan artıq maddi dəstəyin göstərilməsi bunun bariz nümunələrindən biridir:

"Gəlin Azərbaycan Respublikası Nazirlər kabineti yanında yaradılmış operativ qərargahın bizə verdiyi tövsiyələrə əməl edək , sağlamlığımıza biganə qalmayaq. Azərbaycan xalqına ən şirin nemət olan uzun ömür can sağlığı arzu edirəm".

Mehman
Xəbəri paylaş