Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib



Newscenter.az.7.04.2020. 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən millət vəkili seçilən Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib.

Newscenter.az xəbər verir ki, ərzaq yardımı köməkçilər tərəfindən ailələrə çatdırılıb.

Bundan başqa, millət vəkili müharibə veteranları, şəhid ailələri və digər seçicilərlə onlayn görüş həyata keçirib.

Seçicilərin fərdi və maddi problemləri dinlənilib və yerində həll edilib.

Eyni zamanda, millət vəkili seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verib.

Bundan əlavə, deputat Arzu Nağıyev aylıq məvacibinin bir hissəsini Koronavirusla Mübarizəyə Dərtək Fonduna ianə edib.
Millət vəkili Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib
Xəbəri paylaş